Prezidentin Fərmanı nəyi DƏYİŞİR? - Ekspert mühüm DETALI AÇIQLADI
18 Noyabr 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
720
18.05.2020, 10:52
Mayın 18-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində avtomobil yollarındakı karantin postları ləğv edilib.
KONKRET.az xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 18-i saat 00:00-dan ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı verdiyi qərara əsasən, bu postların tətbiqinə ehtiyac qalmayıb:
“Operativ Qərargahın qərarı ilə mayın 18-dən etibarən vətəndaşların SMS icazə ilə evdən çıxması ləğv edilib. Ona görə də artıq avtomobillərdəki sürücü və sərnişinlər, o cümlədən sakinlər evlərindən icazəsiz çıxa biləcəklər. Bu məqsədlə də avtomobil yollarında quraşdırılan karantin postları ləğv edilib”.
DİN rəsmisi bildirib ki, karantin rejimi qaydalarına uyğun olaraq Bakı, Sumqayıt və Abşeron ərazilərində əhalinin intensiv hərəkət etdiyi yerlərdə polis nəzarəti davam edir:
“Avtobus dayanacaqları, park və istirahət mərkəzlərində, fəaliyyətinə icazə verilən xidmət və ticarət obyektlərində bəzi qadağalar qalmaqdadır. Buna görə də daxili işlər orqanları əməkdaşları həmin ərazilərdə xidməti davam etdirəcək, obyektlərin qaydalara uyğun fəaliyyətinə və sosial məsafənin saxlanmasına nəzarət edəcəklər”.
22:45 / 18 Noyabr 2026
26
22:40 / 18 Noyabr 2026
35
22:25 / 18 Noyabr 2026
41
22:25 / 18 Noyabr 2026
43
22:15 / 18 Noyabr 2026
38
22:11 / 18 Noyabr 2026
64
21:55 / 18 Noyabr 2026
64
21:53 / 18 Noyabr 2026
170
21:40 / 18 Noyabr 2026
93
21:26 / 18 Noyabr 2026
91
21:20 / 18 Noyabr 2026
96
21:09 / 18 Noyabr 2026
99
21:03 / 18 Noyabr 2026
298
20:53 / 18 Noyabr 2026
126
20:50 / 18 Noyabr 2026
104
20:45 / 18 Noyabr 2026
275
20:42 / 18 Noyabr 2026
141
20:40 / 18 Noyabr 2026
116
20:34 / 18 Noyabr 2026
123
20:28 / 18 Noyabr 2026
114
20:19 / 18 Noyabr 2026
680
20:05 / 18 Noyabr 2026
144
19:56 / 18 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.