Qaynar xətt:

(+99450) 247 90 86

Bu qadağanın müddəti iyunun 20-dək uzadıldı

2020/05/17/1589735014_1381629.jpg

CƏMİYYƏT

544

17.05.2020, 20:43

Türkmənistan Hava Yolları koronavirus səbəbiylə bütün beynəlxalq reyslərin ləğvini iyunun 20-dək uzadıb.

Oxu24.com  xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda qeyd olunur.

"COVID-19 pandemiyası ilə əlaqədar olaraq, aviaşirkətin bütün beynəlxalq uçuşlarının ləğvi 20 iyunadək uzadılıb”, - açıqlamada deyilir.

Daha əvvəl Türkmənistan Hava Yolları mayın 20-dək bütün beynəlxalq uçuşları təxirə saldığını bildirmişdi.

Xatırladaq ki, Türkmənistan rəsmiləri ölkədə yeni növ koronavirusa yoluxmanın qeydə alınmadığını bəyan ediblər.