Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
10 Noyabr 2026, 01:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
273
21.08.2026, 11:59
Bu gün yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin doğum günüdür.
Oxu24.com xəbər verir ki,şair Rəşad Məcidin poeziyası səmimiyyəti ilə seçilir.
Onun misralarında süni təmtəraqdan daha çox yaşanmış hisslərin hərarəti duyulur. Sevgi, ayrılıq, gənclik xatirələri, insanın zamanla söhbəti, doğma yurda bağlılıq bu poeziyanın müxtəlif rəngləridir. O, həyatın böyük mənalarını bəzən çox adi görünən bir duyğunun, bir xatirənin içindən tapıb çıxarmağı bacarır. Bu şeirlərin cazibəsi də məhz oxucunun həmin duyğularda öz həyatından, öz keçmişindən və öz xatirələrindən nəsə tapa bilməsindədir.
Publisist Rəşad Məcid isə zamanın içində yaşayan söz adamıdır. Onun qələmi ədəbiyyat və mədəniyyət məsələlərindən cəmiyyətin mənəvi qayğılarına qədər geniş bir müstəvini əhatə edir. Bu yazılarda müəllif mövqeyi ilə vətəndaş mövqeyi bir-birindən ayrılmır. Çünki onun üçün söz yalnız estetik dəyər deyil, həm də məsuliyyətdir. Ziyalının baş verənlərə münasibət bildirmək, milli yaddaşı qorumaq və cəmiyyətin mənəvi məsələlərinə həssaslıq göstərmək borcu onun publisistikasının əsas cizgilərindən biri kimi görünür.
Rəşad Məcidin Azərbaycan mətbuatındakı çoxillik fəaliyyəti də həmin məsuliyyətin davamıdır. “525-ci qəzet” uzun illər ərzində müxtəlif ədəbi nəsillərin, fikir və düşüncə adamlarının görüşdüyü bir məkana çevrilib. Neçə-neçə gənc müəllifin imzasının tanınmasında, ədəbi-mədəni müzakirələrin geniş oxucu auditoriyasına çatdırılmasında bu qəzetin özünəməxsus yeri var. Bu mənada Rəşad Məcid yalnız yazan deyil, həm də sözə meydan açan ziyalılarımızdandır.
Milli həmrəylik yalnız siyasi və ictimai müstəvidə deyil, ortaq mədəniyyətimizin, ədəbiyyatımızın və mənəvi dəyərlərimizin qorunmasında da özünü göstərir. Rəşad Məcid də uzun illərdir Azərbaycan ədəbi və ictimai fikrində həmin missiyanı daşıyan imzalardan biridir. Şair, publisist, redaktor və ictimai xadim kimi onun fəaliyyətinin müxtəlif istiqamətlərini birləşdirən bir xətt var: sözə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq və cəmiyyət qarşısında ziyalı məsuliyyəti.
İllər insan ömrünün üstünə yaş gətirir, yaradıcılıq isə həmin illərə məna verir. Rəşad Məcidin keçdiyi yolun səhifələrində şeir də var, publisistika da, qəzetçilik də, ədəbi mühitə və Azərbaycan sözünə xidmət də. Bu yol davam etdikcə yeni yazılar, yeni düşüncələr və yeni görüşlər də onun yaradıcılıq bioqrafiyasına əlavə olunacaq.
Rəşad Məcidi doğum günü münasibətilə onu təbrik edir, ona cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.
01:19 / 10 Noyabr 2026
14
01:00 / 10 Noyabr 2026
53
00:25 / 10 Noyabr 2026
324
00:20 / 10 Noyabr 2026
85
00:14 / 10 Noyabr 2026
167
00:08 / 10 Noyabr 2026
82
23:52 / 09 Noyabr 2026
141
23:52 / 09 Noyabr 2026
1477
23:48 / 09 Noyabr 2026
93
23:42 / 09 Noyabr 2026
226
23:37 / 09 Noyabr 2026
245
23:32 / 09 Noyabr 2026
128
23:28 / 09 Noyabr 2026
130
23:23 / 09 Noyabr 2026
103
23:17 / 09 Noyabr 2026
162
23:12 / 09 Noyabr 2026
131
23:09 / 09 Noyabr 2026
105
23:01 / 09 Noyabr 2026
109
22:55 / 09 Noyabr 2026
121
22:48 / 09 Noyabr 2026
146
22:34 / 09 Noyabr 2026
376
22:31 / 09 Noyabr 2026
150
22:29 / 09 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.