Qaynar xətt:

(+99450) 247 90 86

Yanacağa qənaət üçün ideal sürət açıqlandı 

Yanacağa qənaət üçün ideal sürət açıqlandı 

CƏMİYYƏT

53

09.11.2026, 20:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avtomobil sürücüləri yanacaq xərclərini azaltmaq üçün sürət göstəricisinə daha çox diqqət yetirməlidirlər. İspaniyalı yol hərəkəti və avtomobil mütəxəssisləri sürətin yanacaq sərfiyyatına təsirini izah edərək qənaət üçün tövsiyə olunan sürət həddini açıqlayıblar.

Oxu24.com  xəbər verir ki, İspaniyanın "Auto Bild" nəşrinin məlumatına görə, ABŞ-nin Oak Ridge Milli Laboratoriyasında aparılan araşdırma 74 avtomobil üzərində həyata keçirilib.

Tədqiqatın nəticələrinə əsasən, sınaqdan keçirilən avtomobillərin əksəriyyətində ən yüksək yanacaq səmərəliliyi saatda 64-80 kilometr sürət aralığında qeydə alınıb. Bu göstərici bir çox sürücünün qənaət üçün ideal hesab etdiyi 90 km/saat sürətdən aşağıdır.

Mütəxəssislər bildirirlər ki, bütün avtomobillər üçün vahid ideal sürət yoxdur. Yanacaq sərfiyyatı mühərrikin növündən, istifadə olunan ötürücü pillədən, avtomobilin texniki vəziyyətindən və hava müqavimətindən asılı olaraq dəyişir.

İspaniyanın Yol Hərəkəti Baş İdarəsi (DGT) də yanacağa qənaət etmək üçün sabit sürətlə hərəkət etməyi, qəfil sürətlənmə və əyləcləmələrdən çəkinməyi tövsiyə edir.

Qeyd olunur ki, avtomobilin sürətini artırdıqca hava müqaviməti yüksəlir və mühərrik daha çox yanacaq sərf edir. Buna görə də sürücülərə yol şəraitinə uyğun, mümkün qədər sabit və orta sürətlə hərəkət etmək məsləhət görülür.