Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
10 Noyabr 2026, 01:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
265
20.08.2026, 21:50
Məktəblərdə və müxtəlif mənbələrdə istifadə olunan dünya xəritələri qitələrin real ölçülərini tam əks etdirmir. Xüsusilə qütblərə yaxın ərazilər xəritədə olduğundan daha böyük, ekvatora yaxın bölgələr isə daha kiçik görünür. Bunun əsas səbəbi kürə formasında olan Yer kürəsinin düz səth üzərində göstərilməsi zamanı yaranan təhriflərdir.
Oxu24.com xəbər verir ki, bu problemin ən məşhur nümunələrindən biri XVI əsrdə dənizçilərin istiqamət tapmasını asanlaşdırmaq üçün hazırlanmış Merkator proyeksiyasıdır. Bu xəritə naviqasiya baxımından əlverişli olsa da, qitələrin sahəsini düzgün göstərmir. Məsələn, xəritədə Qrenlandiya Afrika ilə təxminən eyni ölçüdə görünə bilər. Halbuki Afrikanın sahəsi Qrenlandiyadan təxminən 14 dəfə böyükdür.
Qitələrin real nisbətlərini daha düzgün göstərmək məqsədilə “Correct the Map” hərəkatı Merkator proyeksiyasına alternativ olaraq Equal Earth xəritəsinin daha geniş istifadəsini təşviq edir. Bu proyeksiya quru sahələrinin bir-birinə nisbətdə real ölçülərini qorumağa çalışır.
2018-ci ildə Bernhard Jenny, Tom Patterson və Bojan Šavrič tərəfindən hazırlanmış Equal Earth xəritəsində qitələrin sahə nisbətləri daha dəqiq təqdim olunur. Təşəbbüsün tərəfdarları hesab edirlər ki, bu xəritənin məktəblərdə, mediada və digər sahələrdə yayılması insanların dünya coğrafiyası ilə bağlı formalaşmış təsəvvürlərini dəyişə bilər.
Mütəxəssislər bildirirlər ki, heç bir düz xəritə Yer kürəsini bütün xüsusiyyətləri ilə təhrif etmədən göstərə bilməz. Buna görə müxtəlif proyeksiyalar fərqli məqsədlər üçün istifadə olunur. Equal Earth isə əsasən qitələrin sahə baxımından real ölçülərinin daha düzgün nümayiş etdirilməsi üçün hazırlanıb.HİT.az
01:19 / 10 Noyabr 2026
14
01:00 / 10 Noyabr 2026
53
00:25 / 10 Noyabr 2026
324
00:20 / 10 Noyabr 2026
85
00:14 / 10 Noyabr 2026
167
00:08 / 10 Noyabr 2026
82
23:52 / 09 Noyabr 2026
141
23:52 / 09 Noyabr 2026
1477
23:48 / 09 Noyabr 2026
93
23:42 / 09 Noyabr 2026
226
23:37 / 09 Noyabr 2026
245
23:32 / 09 Noyabr 2026
128
23:28 / 09 Noyabr 2026
130
23:23 / 09 Noyabr 2026
103
23:17 / 09 Noyabr 2026
162
23:12 / 09 Noyabr 2026
131
23:09 / 09 Noyabr 2026
105
23:01 / 09 Noyabr 2026
109
22:55 / 09 Noyabr 2026
121
22:48 / 09 Noyabr 2026
146
22:34 / 09 Noyabr 2026
376
22:31 / 09 Noyabr 2026
150
22:29 / 09 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.