Üzərinə qaz borusu düşərək ikiyə bölünən avtomobil sahibi DANIŞDI - VİDEO
09 Noyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
268
20.08.2026, 12:45
Azərbaycan ehtiyac içində olan ölkələrə dəstək göstərmək missiyasını uğurla davam etdirir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 19 avqust – Beynəlxalq Humanitar Yardım Günü münasibətilə "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib. Rəsmi Bakının yürütdüyü bu siyasət yalnız sosial-mənəvi dəstəklə məhdudlaşmır, həm də ölkənin xarici siyasət prioritetlərindən birinə çevrilərək “humanitar diplomatiya” imkanlarını əhəmiyyətli dərəcədə artırır. Qlobal böhranlar, pandemiya və müharibə şəraitindən əziyyət çəkən xalqlara göstərilən yardım Azərbaycanın beynəlxalq tərəfdaşlıqlarının genişlənməsinə birbaşa zəmin yaradır.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Azərbaycanın humanitar siyasətinin yaratdığı imkanları şərh edib:
"Azərbaycanın humanitar siyasətini biz 2020-ci ildə pandemiya dönəmində, həmçinin sonrakı vaxtlarda da aydın gördük. Bütövlükdə müharibə şəraiti və müharibədən sonrakı dövrlərdə dünya xalqlarının qarşılaşdığı maddi və humanitar problemlər kontekstində Azərbaycan öz dəstəyini hər zaman göstərməkdədir. Ölkəmiz bu fəaliyyəti xarici siyasətin əsas missiyalarından və prioritetlərindən birinə çevirib”.
Onun sözlərinə görə, biz bu cür humanitar diplomatiyanın kifayət qədər geniş, pozitiv nəticələrini və faydalarını yaşamışıq.
Əziz Əlibəyli həmçinin, qeyd edib ki, ən vacib məqamlardan biri odur ki, Azərbaycanın haqlı səsinin beynəlxalq tribunallarda, təşkilatlarda və assambleyalarda müzakirəsi zamanı bu fəaliyyət öz müsbət təsirini göstərib.
Şərhçi vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyinin müdafiəsində həmin humanitar fəaliyyət geniş dividentlərlə yadda qalıb. Məsələn,Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına yönəlik BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər alt qurumlarda gedən müzakirələrdə bu amil birbaşa öz təsirini göstərib. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi də məhz çoxgenişprofilli humanitar fəaliyyəti ilə yadda qalıb.
Çimnaz Telmanqızı
00:14 / 10 Noyabr 2026
13
00:08 / 10 Noyabr 2026
35
23:52 / 09 Noyabr 2026
81
23:52 / 09 Noyabr 2026
999
23:48 / 09 Noyabr 2026
64
23:42 / 09 Noyabr 2026
127
23:37 / 09 Noyabr 2026
149
23:32 / 09 Noyabr 2026
103
23:28 / 09 Noyabr 2026
97
23:23 / 09 Noyabr 2026
77
23:17 / 09 Noyabr 2026
132
23:12 / 09 Noyabr 2026
102
23:09 / 09 Noyabr 2026
84
23:01 / 09 Noyabr 2026
84
22:55 / 09 Noyabr 2026
96
22:48 / 09 Noyabr 2026
134
22:34 / 09 Noyabr 2026
312
22:31 / 09 Noyabr 2026
124
22:29 / 09 Noyabr 2026
113
22:21 / 09 Noyabr 2026
414
22:10 / 09 Noyabr 2026
156
22:04 / 09 Noyabr 2026
226
21:54 / 09 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.