Zeytunsevənlər üçün yaşıl işıq - Bakıda bayram
03 Oktyabr 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
580
04.08.2026, 11:14
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzilləri satışa çıxarır.
Oxu24.com bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin, ümumilikdə 535 mənzilin satışı sentyabrım 4-də, saat 11:00-dan 16:00-a qədər həyata keçiriləcək.
Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız bu sistemdə elektron kabinetə sahib olan vətəndaşlar mənzil seçmək hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdirlər.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Yaşayış kompleksləri Dövlət Tikinti Normalarına uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin müsbət rəyləri mövcuddur. Mənzillərə mülkiyyət hüquqlarına dair "hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilib.
00:16 / 04 Oktyabr 2026
65
23:56 / 03 Oktyabr 2026
57
23:26 / 03 Oktyabr 2026
61
22:53 / 03 Oktyabr 2026
66
22:48 / 03 Oktyabr 2026
65
22:41 / 03 Oktyabr 2026
76
22:29 / 03 Oktyabr 2026
70
22:13 / 03 Oktyabr 2026
123
22:08 / 03 Oktyabr 2026
86
21:24 / 03 Oktyabr 2026
77
21:09 / 03 Oktyabr 2026
91
20:57 / 03 Oktyabr 2026
117
20:51 / 03 Oktyabr 2026
92
20:38 / 03 Oktyabr 2026
95
20:27 / 03 Oktyabr 2026
526
20:14 / 03 Oktyabr 2026
95
20:03 / 03 Oktyabr 2026
393
19:52 / 03 Oktyabr 2026
516
19:51 / 03 Oktyabr 2026
116
19:46 / 03 Oktyabr 2026
75
19:34 / 03 Oktyabr 2026
77
19:34 / 03 Oktyabr 2026
77
19:25 / 03 Oktyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.