Bu ərazilərdə işıq olmayacaq
10 Sentyabr 2026, 00:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
347
31.07.2026, 22:11
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, onun hüquqi varisi olan “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən lisenziya verilib.
Oxu24.com xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Daha əvvəl məlumat verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində, Bank “BTB” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilmiş, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ilə Bank “BTB” ASC arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanmış və həmin müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanıb.
Qeyd edək ki, Bank “BTB” ASC-nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülmüş, bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb.
Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanıb. Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülüb, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunub.
Bununla da, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə Bank “BTB” ASC-nin lisenziyasının ləğv edilərək “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi prosesi uğurla tamamlanıb.
“T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC öz fəaliyyətini Bakı şəhəri, Nigar Rəfibəyli ev 9 ünvanında həyata keçirəcəkdir.
00:34 / 10 Sentyabr 2026
32
23:34 / 09 Sentyabr 2026
46
23:22 / 09 Sentyabr 2026
63
23:04 / 09 Sentyabr 2026
62
22:55 / 09 Sentyabr 2026
58
22:44 / 09 Sentyabr 2026
58
22:32 / 09 Sentyabr 2026
52
22:14 / 09 Sentyabr 2026
55
22:04 / 09 Sentyabr 2026
75
22:00 / 09 Sentyabr 2026
52
21:55 / 09 Sentyabr 2026
63
21:55 / 09 Sentyabr 2026
62
21:54 / 09 Sentyabr 2026
147
21:50 / 09 Sentyabr 2026
65
21:48 / 09 Sentyabr 2026
59
21:40 / 09 Sentyabr 2026
68
21:34 / 09 Sentyabr 2026
63
21:30 / 09 Sentyabr 2026
64
21:26 / 09 Sentyabr 2026
81
21:20 / 09 Sentyabr 2026
60
21:15 / 09 Sentyabr 2026
90
21:05 / 09 Sentyabr 2026
67
20:57 / 09 Sentyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.