Türkiyədən gələn tənqidlər Bakının mövqeyini dəyişəcəkmi? — Politoloqdan VACİB AÇIQLAMA
20 Oktyabr 2026, 16:44
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
75
20.10.2026, 18:01
Oktyabrın 20-də Konstitusiya Məhkəməsində Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY) Təşkilatına üzv ölkələrin nümayəndələrinin iştirakı ilə “Süni intellektin konstitusiya məhkəmələrinin fəaliyyətində rolu” mövzusunda dəyirmi masa keçirilib.
Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən Oxu24.com -a verilən xəbərə görə, tədbirdən əvvəl qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Daha sonra Zəfər parkında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub.
Konstitusiya Məhkəməsində keçirilən tədbiri giriş nitqi ilə açan sədr Fərhad Abdullayev qonaqları salamlayaraq, Türk dünyası ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, həmrəyliyin, qarşılıqlı etimadın və əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini nəzərə çatdırıb. Sədr ortaq tarixi, milli-mənəvi dəyərləri və mədəni irsi bölüşən türk dövlətləri arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişafını vurğulayaraq, dünya ölkələri tərəfindən türk xalqlarının birliyinin regionda sabitlik və əməkdaşlıq üçün etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib.
Sədr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin türk dövlətlərinin başçıları ilə, eləcə də Pakistan İslam Respublikasının dövlət başçısı ilə münasibətlərin və qarşılıqlı səfərlərin dost və tərəfdaş ölkələr arasında əlaqələrin möhkəmləndirilməsindəki roluna toxunub, bu münasibətlər çərçivəsində siyasi dialoqun, qarşılıqlı dəstəyin və əməkdaşlığın genişlənməsinə verdiyi töhfələri iştirakçıların diqqətinə çatdırıb.
Fərhad Abdullayev çıxışında TÜRK-AY təşkilatının fəaliyyətindən bəhs edərək, üzv ölkələrin konstitusiya məhkəmələri arasında təcrübə mübadiləsinin aparılmasını, hüquqi əməkdaşlığın gücləndirilməsini və ümumi maraq doğuran məsələlərin müzakirəsinin əhəmiyyətini vurğulayıb. Sədr həyata keçirilən tədbirlərin konstitusiya ədalət mühakiməsinin inkişafına və məhkəmələr arasında peşəkar əlaqələrin genişlənməsinə xidmət etdiyini bildirib.
Daha sonra dəyirmi masada müşahidəçi qismində iştirak etmək üçün tədbirə dəvət olunan fəxri qonaq Pakistan Federal Konstitusiya Məhkəməsinin sədri Amin-ud-Din Xan, eləcə də TÜRK-AY təşkilatına tamhüquqlu üzv olan Özbəkistan Konstitusiya Məhkəməsinin sədr müavini Asgarjon Qafurov, Qazaxıstan Konstitusiya Məhkəməsinin hakimi Ayjan Jatkanbayeva, Qırğız Konstitusiya Məhkəməsinin hakimi Jamil Şarşenaliyev, Türkiyə Konstitusiya Məhkəməsinin hakimi Kamal Özeren, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk və Aparat rəhbərinin müavini Ziya Qasımov məruzə ilə çıxış ediblər.
Çıxışlarda süni intellekt texnologiyalarının konstitusiya məhkəmələrinin fəaliyyətinə təsiri, bu texnologiyaların tətbiqi imkanları, hüquqi proseslərin təkmilləşdirilməsi və müasir texnoloji çağırışlar fonunda konstitusiya ədalət mühakiməsinin qarşısında duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, daha sonra mövzu üzrə müzakirələr keçirilib, həmçinin iştirakçılar təcrübələrini və yanaşmalarını bölüşüblər.
Tədbirin sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yekun nitqi ilə çıxış edərək, dəyirmi masanın türk dövlətlərinin konstitusiya məhkəmələri arasında əməkdaşlığın möhkəmləndirilməsi, hüquqi təcrübə mübadiləsinin genişləndirilməsi və süni intellektin məhkəmə fəaliyyətinə inteqrasiyası ilə bağlı aktual məsələlərin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.



18:56 / 20 Oktyabr 2026
20
18:46 / 20 Oktyabr 2026
36
18:34 / 20 Oktyabr 2026
35
18:26 / 20 Oktyabr 2026
49
18:20 / 20 Oktyabr 2026
49
18:14 / 20 Oktyabr 2026
55
17:50 / 20 Oktyabr 2026
95
17:20 / 20 Oktyabr 2026
91
17:10 / 20 Oktyabr 2026
78
16:59 / 20 Oktyabr 2026
85
16:57 / 20 Oktyabr 2026
935
16:50 / 20 Oktyabr 2026
101
16:44 / 20 Oktyabr 2026
199
16:40 / 20 Oktyabr 2026
95
16:21 / 20 Oktyabr 2026
82
16:16 / 20 Oktyabr 2026
128
16:14 / 20 Oktyabr 2026
108
16:06 / 20 Oktyabr 2026
221
15:57 / 20 Oktyabr 2026
1796
15:50 / 20 Oktyabr 2026
85
15:30 / 20 Oktyabr 2026
852
15:26 / 20 Oktyabr 2026
76
15:18 / 20 Oktyabr 2026
111
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.