Ruslar Ermənistana axın edir - ŞOK SƏBƏB
09 Noyabr 2026, 20:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
228
20.10.2026, 18:46
Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılış mərasimi keçirilib.
Oxu24.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, Türkmənistana akkreditə olunmuş diplomatik korpusun üzvləri və incəsənət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva incəsənətin və təbiəti qorumağın xalqlararası münasibətlərdəki mühüm rolunu vurğulayıb. O, incəsənətin müxtəlif xalqları mədəniyyət baxımından yaxınlaşdırdığını, insanların qəlbində gözəlliyə sevgi oyatdığını və ümumi humanitar dəyərlər ətrafında birləşməyə kömək etdiyini bildirib. "Bugünkü sərginin əsas mövzusu təbiətdir. İnsanla təbiət arasındakı harmoniya sabit inkişafın ayrılmaz şərtidir. Təbiətə qayğı ilə yanaşmaq, onun gözəlliyini və zənginliyini gələcək nəsillərə çatdırmaq hər bir insanın, eləcə də bütün cəmiyyətin mühüm vəzifəsidir", - deyə O.Atabayeva diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgidə nümayiş olunan əsərlər və iki ölkənin ortaq ekoloji məsələləri barədə fikirlərini bölüşüb. O, sərgidə 35 ölkədən 62 rəssamın 116 əsərinin nümayiş olunduğunu, həmçinin burada türkmən rəssamların əsərlərinin də yer aldığını qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti təqdim olunan hər bir əsərin təbiətimizin gözəlliyini, gücünü və kövrəkliyini özünəməxsus şəkildə üzə çıxararaq onu qorumağın nə qədər vacib olduğunu bir daha xatırladığını bildirib. Ekspozisiyanın ziyarətçilərdə zəngin emosiyalar yaradacağını və onlara ilham bəxş edəcəyini qeyd edən Leyla Əliyeva deyib: "Azərbaycan ilə Türkmənistanı təkcə qədim tarix və mədəniyyət deyil, həm də ümumi təbii irsimiz olan Xəzər dənizi birləşdirir. Təəssüf ki, son 10 il ərzində Xəzər dənizində suyun səviyyəsi xeyli aşağı düşüb. Nəticədə Xəzər suitisi və nərəkimilər kimi nadir heyvanlar nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalıb".
IDEA-nın fəaliyyətinə də toxunan Leyla Əliyeva qurumun istər Azərbaycanda, istərsə də bütün dünyada bu cür problemlərin həllinə yönəlmiş çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
Sonra qonaqlar sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.
Eksponatlar sırasında Türkmənistanın dekorativ-tətbiqi sənət nümunələri də yer alıb. Burada milli musiqi alətləri, xalçalar, milli baş geyimləri, qədim zinət əşyaları, həmçinin türkmən xalqının maddi-mədəni irsini əks etdirən nümunələr sərgilənir.
Qeyd edək ki, MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi Azərbaycan da daxil olmaqla, bir çox ölkədən sənətkarları bir araya gətirərək incəsənət vasitəsilə planetimizi gələcək nəsillər üçün qorumağa çağırır. Burada fərqli instalyasiya, rəsm, toxuculuq və multimedia nümunələri vasitəsilə müasir dövrün ekoloji və sosial problemləri ilə səsləşən hekayələr təqdim edilir.









20:47 / 09 Noyabr 2026
18
20:42 / 09 Noyabr 2026
43
20:39 / 09 Noyabr 2026
18
20:27 / 09 Noyabr 2026
53
20:25 / 09 Noyabr 2026
386
20:14 / 09 Noyabr 2026
150
20:12 / 09 Noyabr 2026
97
20:11 / 09 Noyabr 2026
111
20:10 / 09 Noyabr 2026
135
20:06 / 09 Noyabr 2026
85
19:53 / 09 Noyabr 2026
102
19:52 / 09 Noyabr 2026
169
19:44 / 09 Noyabr 2026
144
19:44 / 09 Noyabr 2026
134
19:27 / 09 Noyabr 2026
90
19:25 / 09 Noyabr 2026
203
19:19 / 09 Noyabr 2026
131
19:15 / 09 Noyabr 2026
176
19:12 / 09 Noyabr 2026
299
19:11 / 09 Noyabr 2026
165
19:01 / 09 Noyabr 2026
100
18:57 / 09 Noyabr 2026
234
18:46 / 09 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.