Anar Bayramov niyə nazir təyin edildi?
20 Oktyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
56
20.10.2026, 17:20
Millət vəkili Aqil Abbas Milli Məclisdə təhsil sistemində idarəetmənin həddindən artıq mərkəzləşməsini, müəllimlərin nüfuzunun zəifləməsini və məktəblərdə intizam problemlərini sərt şəkildə gündəmə gətirib. Deputat təhsil sahəsindəki çətinliklərin yalnız qanunlarla həll edilməsinin qeyri-mümkün olduğunu, müəllim nüfuzunun qorunmasının və əməkhaqlarının artırılmasının vacibliyini xüsusi vurğulayıb.
O, həmçinin şagirdlərin daşıdığı ağır məktəb çantalarını, müəllimlərin üzərinə qoyulan həddindən artıq məsuliyyəti və məktəblərdə zəifləyən intizamı kəskin tənqid edib. Milli Məclisdə səsləndirilən bu fikirlər təhsilimizin bugünkü inkişaf və transformasiya mərhələsinin təbii reallıqlarını əks etdirir.
Bu gün Azərbaycan təhsilində bir tərəfdən dövlət səviyyəsində çox ciddi layihələr həyata keçirilir, infrastrukturlar yenilənir. Sertifikatlaşdırma ilə peşəkar müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artırılır və müəllim peşəsinin cazibədarlığı bərpa olunur. Lakin digər tərəfdən bu inkişafın fonunda idarəetmədə və məktəb mühitində hələ də həllini gözləyən ciddi çağırışlar mövcuddur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli mövcud vəziyyəti və həll yollarını belə dəyərləndirib:
“İdarəetmənin həddindən artıq mərkəzləşdirilməsi bəzən məktəb rəhbərliyinin çevik qərar vermək imkanlarını məhdudlaşdırır. Müəllimin sosial rifahı yaxşılaşdırılsa da, onun üzərindəki kağız və bürokratik yük hələ də qalmaqdadır. Bu da müəllimin əsas enerjisini dərsə və şagirdə deyil, formal hesabatsızlığa və hesabatlara xərcləməsinə gətirib çıxarır”.
Onun sözlərinə görə, müəllim nüfuzunu qorumaq üçün təkcə yüksək maaş bəs etmir, onun məktəb-valideyn münasibətlərində hüquqi və pedaqoji toxunulmazlığı tam təmin olunmalıdır.
Əmrah Həsənli qeyd edib ki, intizam məsələlərinə və şagirdlərin dərs yükünə gəldikdə isə, elektron dərsliklərə keçid və yeni davranış qaydaları təqdirəşayandır, lakin prosesi sürətləndirmək lazımdır:
“Məktəblərdə psixoloji xidmət gücləndirilməli, şagirdlərin ağır çanta yükünü yüngülləşdirən rəqəmsal və fərdi şərait mexanizmləri real olaraq tətbiq edilməlidir”.
Ekspert sonda əlavə edib ki, görülən işlər böyükdür, ama təhsil elə canlı bir sistemdir ki, burada davamlı təkmilləşməyə ehtiyac var:
“Dövlətin yaratdığı bu möhkəm bünövrə üstündə məktəblərə daha çox akademik sərbəstlik vermək, müəllimi lazımsız bürokratiyadan azad etmək və məktəbdaxili intizamı müasir dəyərlər üzərində qurmaqla biz bu problemləri köklü şəkildə həll edə bilərik".
Çimnaz Telmanqızı
17:10 / 20 Oktyabr 2026
55
16:59 / 20 Oktyabr 2026
62
16:57 / 20 Oktyabr 2026
544
16:50 / 20 Oktyabr 2026
75
16:44 / 20 Oktyabr 2026
130
16:40 / 20 Oktyabr 2026
72
16:21 / 20 Oktyabr 2026
65
16:16 / 20 Oktyabr 2026
100
16:14 / 20 Oktyabr 2026
87
16:06 / 20 Oktyabr 2026
165
15:57 / 20 Oktyabr 2026
959
15:50 / 20 Oktyabr 2026
74
15:30 / 20 Oktyabr 2026
732
15:26 / 20 Oktyabr 2026
68
15:18 / 20 Oktyabr 2026
97
15:15 / 20 Oktyabr 2026
98
15:09 / 20 Oktyabr 2026
315
15:04 / 20 Oktyabr 2026
84
14:56 / 20 Oktyabr 2026
85
14:49 / 20 Oktyabr 2026
74
14:42 / 20 Oktyabr 2026
117
14:40 / 20 Oktyabr 2026
279
14:35 / 20 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.