Qaynar xətt:

(+99450) 247 90 86

“Azərbaycan heç kimin təsiri altında deyil” —  Türkiyədəki siyasi dairələrə MESAJ  

“Azərbaycan heç kimin təsiri altında deyil” —  Türkiyədəki siyasi dairələrə MESAJ  

SİYASƏT

83

20.10.2026, 16:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan məktəblərində vahid geyim qaydaları və hicablı şagirdlərin təhsilə buraxılması məsələsi ilə bağlı yaranan müzakirələr və etirazlar geniş rezonans doğurub. Xüsusilə Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi nümayəndələrinin Azərbaycanın daxili təhsil siyasətini hədəf alması, həmçinin iki ölkə arasındakı münasibətlərə dair səsləndirilən tənqidlər cəmiyyətdə narahatlıq yaradıb. Bu fonda Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupu da qardaş ölkədəki bəzi siyasi dairələrin sərgilədiyi mövqeyə narazılığını ifadə edib.

Məsələ ilə bağlı Oxu24.com saytına açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, səsləndirilən sərt və əsassız fikirlər bütün Türkiyə dövlətini və xalqını hədəfə almamalıdır.

Politoloq qeyd edib ki, bu cür qeyri-obyektiv açıqlamalarla çıxış edən şəxslər əsasən Türkiyədə hakimiyyətdə olan AKP ilə eyni ideoloji xətti və baxışları bölüşən müəyyən siyasi dairələrə məxsusdurlar. Onun sözlərinə görə, hakim partiyaya yaxın olan bu şəxslərin Azərbaycanın daxili işlərinə qarşı sərt və yersiz bəyanatları heç bir halda iki ölkə arasında mövcud olan dərin tarixi qardaşlıq bağlarına kölgə sala bilməz.

"Türkiyə hökuməti bu cür şəxsləri xəbərdar etməlidir"

Zeynal Əmrəliyev vurğulayıb ki, verilən hər bir bəyanatda məsuliyyətli olmaq vacibdir:

"Türkiyə hökuməti və rəsmi qurumları bu şəxslərə xəbərdarlıq etməlidir ki, səsləndirdikləri fikirlərə və açıqlamalara qarşı diqqətli olsunlar. Azərbaycan heç bir dövlətin qəbiləsi deyil, böyük dövlətçilik ənənələri olan güclü ölkədir. Ölkəmiz öz torpaqlarını 44 günlük Vətən müharibəsində məhz öz gücü və xalqının qəhrəmanlığı hesabına azad edib”.

Politoloq əlavə edib ki, Azərbaycanın daxili siyasətinə və qərarlarına kənardan bu cür həddini aşan səslərin ucaldılmasına heç kim imkan verməyəcək və bu cür bəyanat səsləndirənlər hər zaman adekvat cavab almalıdırlar.

Çimnaz Telmanqızı