İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
10 Noyabr 2026, 04:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
5295
20.10.2026, 15:57
Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, Sərəncamda Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən zəngin və özünəməxsus təbii irsə malik olduğu bildirilib:
"Ermənistan Respublikası tərəfindən işğal altında saxlanıldığı müddət ərzində bu ərazilərdə bioloji müxtəlifliyə ciddi ziyan vurulmuş, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir bitki və heyvan növləri məhv edilmişdir. Bütün bunlar bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdır.
Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin ekoloji tarazlığının, o cümlədən təbii ekosistemlərinin və zəngin biomüxtəlifliyinin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin yenidən qurulması, regionun təmiz ətraf mühit və “yaşıl artım” zonasına çevrilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun və Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti Böyük Qayıdış çərçivəsində bərpa edilib".
Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar ayrılaraq və xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 88418,00 hektar sahədə Azərbaycan Respublikasının Qarabağ Milli Parkı yaradılır.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.