Ceyranbatanda ana və övladını maşın vurub
20 Oktyabr 2026, 14:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
53
20.10.2026, 16:50
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalovun zərərçəkmiş kimi tanındığı "şabalıd cinayəti" ilə bağlı məhkəmə araşdırması başa çatıb.
Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Bu iş üzrə ittiham olunan şəxs də zabitdir. FHN-də işləmiş kapitan Ayaz Bayramov general Zeynalovla yaxın olub. Sonradan Ayaz və generalı şabalıd ticarətinə başlayıblar. Bakıda şabalıd bazarında monopoliya qurmaq istəyən general bu iş üçün milyonlarla pul xərcləyib. O, bəzi vaxtlarda "Lexus", BMW və "Chevrolet" markalı avtomobillərini də Ayazın adına keçirib ki, girov qoyub pul götürsün.
Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakı bazarına şabalıd gətirib. Təxminən 2 ilə yaxın generalla kapitan bu alverdən yaxşı qazanc əldə ediblər.
Lakin bu şabalıd ticarəti sonradan, necə deyərlər, "şabalıd cinayəti"nə çevrilib. Alver alınmayandan sonra Raul Zeynalov bütün günahı Ayazda görüb, ondan prokurorluğa şikayət edib. İttihama görə, Ayaz generalın 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Sonradan FHN-in başqa iki zabitinin də şabalıd alverinə qoşulduğu və aldadıldığı ortaya çıxıb.
Amma Bayramov özünü təqsirli bilməyib. O, məhkəmədəki ifadəsində generalı yalan danışmaqda ittiham edib. Bayramovun sözlərinə görə, general bütün pulları ona faizlə verib və artığı ilə geri alıb. Kapitan, həmçinin məhz Zeynalovun sifarişi ilə həbs olunduğunu, digər zərərçəkmişlərə də onun yol göstərdiyini bildirib.
Fotoda hakim Zaur Hacıyev
General Zeynalovla kapitanın şabalıd davası bitdi
Məhkəmədə zərərçəkmiş general özü də iki dəfə dindirilib. Tərəflərin üzləşməsi qarşılıqlı ittihamlarla keçib.
Bir il davam edən məhkəmə artıq yekunlaşıb. Hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməyib, barışıq yoxdur.
Hökmə əsasən, Ayaz Bayramov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib.
Maraqlıdır ki, bu hökm işə baxan hakim üçün də əlamətdar olub. Zaur Hacıyev bununla Bakı Hərbi Məhkəməsindəki fəaliyyətini başa vurub. O, artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
17:10 / 20 Oktyabr 2026
15
16:59 / 20 Oktyabr 2026
33
16:57 / 20 Oktyabr 2026
236
16:44 / 20 Oktyabr 2026
96
16:40 / 20 Oktyabr 2026
55
16:21 / 20 Oktyabr 2026
59
16:16 / 20 Oktyabr 2026
92
16:14 / 20 Oktyabr 2026
79
16:06 / 20 Oktyabr 2026
142
15:57 / 20 Oktyabr 2026
520
15:50 / 20 Oktyabr 2026
71
15:30 / 20 Oktyabr 2026
660
15:26 / 20 Oktyabr 2026
66
15:18 / 20 Oktyabr 2026
91
15:15 / 20 Oktyabr 2026
90
15:09 / 20 Oktyabr 2026
294
15:04 / 20 Oktyabr 2026
79
14:56 / 20 Oktyabr 2026
81
14:49 / 20 Oktyabr 2026
70
14:42 / 20 Oktyabr 2026
110
14:40 / 20 Oktyabr 2026
255
14:35 / 20 Oktyabr 2026
73
14:26 / 20 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.