Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
20 Oktyabr 2026, 18:46
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
363
31.07.2026, 18:26
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün nəzərdə tutulan “Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə” mövzusunda təlim proqramı uğurla yekunlaşıb.
Oxu24.com xəbər verir ki, təlim çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini, Əməkdar jurnalist, yazıçı Natiq Məmmədli geniş məruzə ilə çıxış edib.
Natiq Məmmədli rəqəmsal dövrdə süni intellekt texnologiyalarının mediaya təsiri, dezinformasiya riski və jurnalistikanın keçdiyi tarixi inkişaf mərhələləri barədə ətraflı məlumat verib. O vurğulayıb ki, süni intellekt nəhəng data bazasına söykənsə də, internetdəki etibarsız mənbələrə istinad edərək yanlış məlumatları ciddi və əsaslandırılmış şəkildə təqdim edə bilir:
"Dünyada dezinformasiya real və həqiqi informasiyadan 6 dəfə daha sürətlə yayılır. Süni intellektin yalan mənbələri həqiqət kimi təqdim etməsi xüsusilə səhhətlə bağlı qərarlarda və ciddi sahələrdə böyük risklər yaradır. Texnologiya neçə mürəkkəb hesablama aparır-aparsın, mənəvi və etik məsuliyyəti, həqiqi empatiyanı, vicdanı və insanın subyektiv təcrübəsini əvəz edə bilməz”.
Çıxışda poçt, teleqraf və nəqliyyatın inkişafı ilə xəbər ötürülməsinin təkamülü xatırladılıb. ABŞ-da Vətəndaş müharibəsi dövründə teleqrafın məhdud imkanları səbəbindən yaranan klassik "Tərs piramida" (5W1H) modelinin bu gün Telegram və X (Twitter) kimi müasir platformalarda yenidən transformasiyaya uğradığı diqqətə çatdırılıb. Natiq Məmmədli generativ süni intellektin insan düşüncəsini tənbəlləşdirmək təhlükəsinə də toxunaraq, gələcəkdə müstəqil düşünən və yazan insanın defisitə çevrilməməsi üçün yaradıcı təfəkkürün qorunmasının vacibliyini qeyd edib.
Ümumilikdə 4 sessiyadan ibarət olan təlim proqramında aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılıb:
•1-ci sessiya: Müasir dövrdə ədəbi dilin praktik işlənmə səviyyəsi: rəqəmsal təhdidlər və imkanlar;
•2-ci sessiya: Süni intellekt əsaslı məzmun və sosial şəbəkə alqoritmlərinin ədəbi dilə təsiri;
•3-cü sessiya: Ədəbi dilin qorunmasında medianın öhdəlikləri;
•4-cü sessiya: Vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi.
Təlimin sonunda nəzəri və praktik mərhələləri uğurla başa vuran media nümayəndələrinə xüsusi sertifikatlar təqdim olunub.
Çimnaz Telmanqızı
18:46 / 20 Oktyabr 2026
19
18:34 / 20 Oktyabr 2026
28
18:26 / 20 Oktyabr 2026
40
18:20 / 20 Oktyabr 2026
40
18:14 / 20 Oktyabr 2026
49
18:01 / 20 Oktyabr 2026
67
17:50 / 20 Oktyabr 2026
90
17:20 / 20 Oktyabr 2026
89
17:10 / 20 Oktyabr 2026
74
16:59 / 20 Oktyabr 2026
82
16:57 / 20 Oktyabr 2026
896
16:50 / 20 Oktyabr 2026
98
16:44 / 20 Oktyabr 2026
193
16:40 / 20 Oktyabr 2026
92
16:21 / 20 Oktyabr 2026
79
16:16 / 20 Oktyabr 2026
125
16:14 / 20 Oktyabr 2026
105
16:06 / 20 Oktyabr 2026
216
15:57 / 20 Oktyabr 2026
1702
15:50 / 20 Oktyabr 2026
84
15:30 / 20 Oktyabr 2026
841
15:26 / 20 Oktyabr 2026
75
15:18 / 20 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.