Xərçəng riskini azaldan EFFEKTLİ ÜSUL
07 İyul 2026, 00:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
84
06.07.2026, 22:53
Sosial şəbəkələrdə və elmi dairələrdə kütləvi şəkildə edilən bədduaların həm bəddua edən, həm də bədduaya məruz qalan şəxslərin sağlamlığına təsirlərini araşdıran qeyri-adi bir layihə təklifi müzakirə mövzusuna çevrilib.
Oxu24.com xəbər verir ki, tədqiqat çərçivəsində bədduaların intensivləşdiyi saatlarda radio-tezlik məlumatları, meteoroloji skan nəticələri və havada asılı qalan səs izləri araşdırılacaq, həmçinin bəddualar regional və dil fərqliliklərinə görə təsnif ediləcək.
Bəddua edənlərin beyin dalğaları və təzyiqi ölçüləcək
Eksperimentin ən diqqətçəkən hissəsi bəddua seansları zamanı insanların fiziki göstəricilərinin qeydə alınmasıdır. Ünvanlar üzrə ediləcək ev ziyarətlərində və kütləvi seanslarda iştirakçıların:
Nəbzi və qan təzyiqi,
Tərləmə dərəcəsi və göz qırpma refleksləri,
Beyin dalğalarının (EEQ) dəyişməsi xüsusi cihazlarla qeydə alınacaq və toplanan "Böyük məlumat bazası" (Big Data) üzərində data madənçiliyi üsulları tətbiq olunacaq.
Qulaq cingiltisi və vicdan nahiyəsindəki dəyişikliklər
Tədqiqatın digər tərəfi isə bədduaya məruz qalan şəxslərlə aparılacaq üzbəüz görüşləri əhatə edir. Mütəxəssislər bədduaların pik həddə çatdığı saatlarda bu şəxslərdə üz qızarması, qulaq cingiltisi, sinə daralması və baş ağrısı kimi simptomların yaranıb-yaranmadığını yoxlayacaqlar.
Həmçinin, bədduaya məruz qalanların uzunmüddətli tibbi müayinələri aparılaraq, onların "ədəb və vicdan nahiyələrində" hər hansı struktur dəyişikliyinin baş verib-vermədiyi elmi üsullarla üzə çıxarılacaq.
Layihənin sonunda əldə edilən bütün elmi nəticələr ictimaiyyətə açıqlanacaq. Bundan əlavə, iştirakçıların icazəsi ilə "təsirli bəddua etməyin yolları", "hədəfi yataqda fırladan bəddua" və "ürəkrahatladan bəddua" başlıqları altında interaktiv təlim videolarının hazırlanması planlaşdırılır.
Hətta bəddua seanslarında istifadə olunan müxtəlif materialların satışı üçün xüsusi bir "bəddua mağazası"nın yaradılması da layihənin gələcək hədəfləri arasındadır. Tədqiqat öz bədduasına sahib çıxan və bu sosioloji təcrübənin bir parçası olmaq istəyən hər kəsin iştirakına açıq elan edilib.milli.az
00:44 / 07 İyul 2026
39
00:18 / 07 İyul 2026
225
00:16 / 07 İyul 2026
53
00:12 / 07 İyul 2026
56
00:10 / 07 İyul 2026
117
00:02 / 07 İyul 2026
52
23:56 / 06 İyul 2026
122
23:56 / 06 İyul 2026
62
23:46 / 06 İyul 2026
263
23:41 / 06 İyul 2026
112
23:32 / 06 İyul 2026
142
23:08 / 06 İyul 2026
633
23:02 / 06 İyul 2026
316
22:41 / 06 İyul 2026
164
22:36 / 06 İyul 2026
369
22:32 / 06 İyul 2026
78
22:26 / 06 İyul 2026
74
22:15 / 06 İyul 2026
88
22:05 / 06 İyul 2026
65
22:05 / 06 İyul 2026
77
22:00 / 06 İyul 2026
73
21:53 / 06 İyul 2026
83
21:53 / 06 İyul 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.