Qaynar xətt:

(+99450) 247 90 86

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı 

Arzum bu halda azadlığa çıxa bilər - Vəkil açıqladı 

KRİMİNAL

1506

06.07.2026, 23:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tiktoker İlduzə Hacıyevanın (Arzum) həbsi mediada və sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir.

Oxu24.com “Qafqazinfo” xəbər verir ki, hazırda diqqətlər bu iş üzrə apellyasiya məhkəməsinə yönəlib.

Artıq tiktokerin vəkilləri şikayətin hazırlanmasına başlayıb, iş üzrə əlavə dəlil və sübutlar toplayırlar.

İctimaiyyəti maraqlandıran əsas suallardan biri isə budur: Arzumun təqsirliliyi yuxarı instansiya məhkəmələri tərəfindən də təsdiqlənərsə, o, real cəza çəkmədən azadlıqda qala bilərmi?

Tanınmış vəkil Orxan Zeynalovun sözlərinə görə, apellyasiya instansiyası hökmü qüvvədə saxlasa belə, məhkəmə məhkumun himayəsində ikisi azyaşlı olmaqla 4 uşağının olmasını, onlardan birinin autizmli olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirə bilər. Bu halda Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunaraq 5 il 2 aylıq həbs cəzası şərti cəza ilə əvəz edilə bilər.

Bundan başqa, apellyasiya məhkəməsi məhkumun himayəsində 14 yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq, AR CM-nin 79-cu maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsini təxirə sala bilər.

Vəkil Arzumun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi ilə bağlı deyir ki, Arzum təkcə Cinayət Məcəlləsinin 263.2-ci (ehtiyatsızlıqdan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə deyil, həm də 264-cü (yol-nəqliyyat hadisəsi yerini tərk etmə) maddəsi ilə təqsirli bilinib. Sonuncu maddə qəsdən törədilən cinayətlərə aid olduğundan onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi yalnız o halda mümkündür ki, şəxsə AR CM-in 264-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.

Bəs hökm dəyişdirilmədən qanuni qüvvəyə minərsə, Arzum ən tez nə vaxt azadlığa çıxa bilər?

“Belə olan halda məhkumun Ali Məhkəməyə kassasiya şikayəti vermək hüququ qalır. Ali Məhkəmə də hökmü qüvvədə saxlayarsa, Arzum cəzasının yarısını – təxminən 2 il 7 ay hissəsini həbsdə çəkdikdən sonra vaxtından əvvəl cəzadan şərti olaraq azad edilməsi üçün məhkəməyə müraciət edə bilər. Bundan başqa, gələcəkdə qəbul ediləcək əfv sərəncamı və ya amnistiya aktı da ona şamil oluna bilər”, - Orxan Zeynalov qeyd edib.

Bank kartlarına qoyulan məhdudiyyətlə bağlı MÜHÜM DETALLAR  

22:07 / 25 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bank kartlarına qoyulan məhdudiyyətlə bağlı MÜHÜM DETALLAR  

51

0
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola biləcək hadisələrə yol aça bilər

21:47 / 25 Sentyabr 2026

DÜNYA DÜNYA

Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola biləcək hadisələrə yol aça bilər

49

0
Başqasının yerinə işləyirsinizsə,...-AÇIQLAMA

21:19 / 25 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Başqasının yerinə işləyirsinizsə,...-AÇIQLAMA

59

0
Baş Prokurorluqda şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib

21:17 / 25 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Baş Prokurorluqda şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib

56

0
Nikahda həyat yoldaşının hədiyyə etdiyi ev boşanma zamanı bölünürmü? – Vəkildən AÇIQLAMA  

21:15 / 25 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Nikahda həyat yoldaşının hədiyyə etdiyi ev boşanma zamanı bölünürmü? – Vəkildən AÇIQLAMA  

58

0
Sürücülərin diqqətinə!30 manat oldu  — DİN-in  Kollegiyası  qərar verdi

21:13 / 25 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sürücülərin diqqətinə!30 manat oldu  — DİN-in  Kollegiyası  qərar verdi

613

0
Maaş artımı ilə bağlı ekspertdən AÇIQLAMA 

21:09 / 25 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Maaş artımı ilə bağlı ekspertdən AÇIQLAMA 

64

0
Rəsmi sayt İran prezidentini Afət Fərmanqızının ifası ilə paylaşdı -VİDEO

20:54 / 25 Sentyabr 2026

OXU24 TV OXU24 TV

Rəsmi sayt İran prezidentini Afət Fərmanqızının ifası ilə paylaşdı -VİDEO

218

0
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatıb

20:49 / 25 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatıb

55

0
Burun qanayanda pambıq qoymaq doğrudurmu? – Mütəxəssislərdən XƏBƏRDARLIQ  

20:44 / 25 Sentyabr 2026

TİBB TİBB

Burun qanayanda pambıq qoymaq doğrudurmu? – Mütəxəssislərdən XƏBƏRDARLIQ  

53

0
MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib

20:39 / 25 Sentyabr 2026

HƏRBİ HƏRBİ

MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib

61

0
Bloger Sevinc Hüseynova təqsirləndirilən şəxs qismində cəlb olundu 

20:39 / 25 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Bloger Sevinc Hüseynova təqsirləndirilən şəxs qismində cəlb olundu 

155

0