7 iyul saat 11:00-dan etibarən başlayacaq -Diqqət!
06 İyul 2026, 23:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
70
06.07.2026, 22:15
Azərbaycanın zəngin mədəniyyəti və folklor nümunələri vaxtaşırı olaraq ermənilər tərəfindən mənimsənilmə və saxtalaşdırılma cəhdlərinə məruz qalır. Erməni tərəfi milli musiqi və qeyri-maddi mədəni irsimizi özününküləşdirməyə növbəti dəfə cəhd göstərsə də, bu dəfə hədəfə alınan qədim Azərbaycan rəqsi "Uzundərə" ilə bağlı həqiqətlər elmi müstəvidə tam tədqiq olunub. Erməni tayfalarının etnik xüsusiyyətlərinin folklor yaradıcılığına əsaslanmaması, onların hazır nümunələri mənimsəməklə süni şəkildə mədəni irs yaratmaq cəhdlərini növbəti dəfə ortaya qoyur. “Uzundərə” rəqsinin mənşəyi, toponimikası, musiqi quruluşu və toy rituallarındakı funksional yeri onun tamamilə Azərbaycan xalqına məxsus olduğunu sənədləşdirir. Bu saxtakarlıqlara qarşı emosional bəyanatlarla deyil, beynəlxalq səviyyəli arxiv sənədləri və elmi mənbələrlə cavab verilməsi Azərbaycanın mövqeyini beynəlxalq arenada sarsılmaz edir.
Mövzu ilə bağlı Oxu24.com-a özəl açıqlama verən mutəxəssislərin fikirlərini təqdim edirik:
Ağaverdi Xəlil: “Erməni tayfalarının etnik xüsusiyyəti folklor yaradıcısı kimi səciyyələnmir”
Mövzu ilə bağlı əsas məqamları tam şəkildə qeyd edən AMEA Folklor İnstitutu Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri Ağaverdi Xəlil ilk növbədə bildirir ki, folklor nümunələrinin bir xalqdan başqa xalqa keçməsini izah edən bir sıra nəzəriyyələr mövcuddur və bunun mifoloji, antropoloji, coğrafi, tarixi-mədəni amillərlə izahı həmin nəzəriyyələrdə öz əksini tapır.
Müsahibimiz vurğulayır ki, burada diqqət edilməli məsələ folklor nümunələrinin xalqların ünsiyyətində bu və ya başqa şəkildə iştirak etməsi və mədəni kommunikasiya mühiti yaratmasıdır:
“Bu kommunikasiya mühitində folklor nümunələri ya genetik, ya da tipoloji əsaslarla yayılır. Qohum xalqların folkloru genetik əsaslıdır və variantlaşır. Qohum olmayan, amma mədəni kommunikasiya mühitində ünsiyyəti olan xalqların isə tipoloji əsaslı folklor əlaqəsində olur”.
Bunun nəticəsində folklorda bənzərliklərin meydana gəldiyini, bənzər atalar sözləri, xalq deyimləri, bənzər obrazlar, motivlər və süjetlərin yarandığını bildirən A.Xəlil, folklor əlaqələrinin normal şəkildə inkişafının belə olduğunu və bənzərliklərin yaranmasının da təbii şəkildə baş verdiyini əlavə edir.
Daha sonra mütəxəssis məsələnin digər tərəfinə keçid edərək bəyan edir ki, ermənilərin Azərbaycan folklor nümunələrini mənimsəməsi normal folklor əlaqəsi çərçivəsində baş verən proses deyildir:
“İlk növbədə burada folklorlaşma prosesində və folklor əlaqəsində tarixi xronologiya uyğun gəlmir. Folklorun əksər nümunələrinin qəlibləri qədim dövrdə yaranıb, orta əsrlər dövründə isə bəzi tarixi mədəni detallar ora daxil olmuşdur”.
Müsahibimiz əlavə edir ki, orta əsrlərin sonlarına doğru kiçik qruplar şəklində İrəvan xanlığı ərazisinə yerləşən ermənilər Azərbaycan folklor mühitinə daxil olublar.
Yaxın Şərq ölkələrindən köçüb gəlmiş ermənilərin gəldikləri ölkələrin adət və ənənələrini də özləri ilə gətirdiklərini deyən ekspert, çox kəskin bir məqamı qeyd edir: “Erməni tayfasının etnik xüsusiyyəti folklor yaradıcısı kimi səciyyələnmir. Daha çox hazır nümunələri götürmək və onları mənimsəmlə süni şəkildə mədəni irs yaratmaq cəhdi kimi xarakterizə olunur”.
XV-XVI əsrlərdə Qərbi Azərbaycan ərazisinə gəlmiş kiçik dini icma istisna olmaqla həmin ərazilərdə ermənilərin məskunlaşmadığını deyən A.Xəlil, XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqazı işğal etməsilə müxtəlif ölkələrdən Qərbi Azərbaycana ermənilərin köçürüldüyünü, qədim dövrdən orada yaşayan azərbaycanlıların isə oradan köçməyə məcbur edildiyini bildirir:
“Qərbi Azərbaycan ərazisinə köçürülüb Rusiya imperiyasının maraqlarına tabe edilmiş erməni tayfaları, Azərbaycan torpaqları üzərində özlərinin tarixi-mədəni varlığını bu coğrafiya ilə əlaqələndirmək üçün hər cür saxtakarlığa getmiş, həm tarixi, həm də mədəniyyəti saxtalaşdırmışlar”.
O, Qərbi Azərbaycan coğrafiyasında ermənilərin qədim tarixi olmadığı kimi, folklorunun da olmadığını qətiyyətlə ifadə edir. Onların yalnız Azərbaycan folkloruna bənzədilmiş nümunələr yaratmağa çalışdıqlarını və özlərinə mifoloji bir tarix uydurduqlarını deyən müsahibimiz, lətifə qəlibində erməni anekdotları düzəltmələrinin mümkünlüyünü, lakin folklorun qəliblərini, sxemini və kodlarını yalnız qədim mədəniyyəti olan xalqların yaratdığını qeyd edir. Bu mənada azərbaycanlıların yaratdığı folkloru ermənilərin də istifadə etdiklərini, onu imitasiya etdiklərini, bənzər nümunələr düzəltməyə çalışdıqlarını və folklor nümunələrini ən müxtəlif yollarla saxtalaşdırdıqlarını bildirir.
Geniş mənada qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən saxtalaşdırılmasının son dövrlərdə daha da genişləndiyini vurğulayan A.Xəlil, onların Azərbaycan torpaqlarını işğal edərək mənimsəmək və onun üzərində yaradılmış mədəniyyəti öz adlarına saxtalaşdırmaqla, mənimsəməklə özlərini bu coğrafiyaya tarixən bağlı bir xalq kimi göstərməyə çalışdıqlarını bəyan edir:
“Xüsusilə milli kulinariya nümunələri və xalq musiqi sənəti ilə bağlı nümunələrin saxtalaşdırılması və mənimsənilməsi cəhdləri təəssüf ki, çoxalıb. Bunlar isə səbəbsiz deyildir və normal folklor prosesi çərçivəsində baş verməyib. Ermənilərin azərbaycanlılarda müşahidə etdikləri milli kulinar nümunələrin hazırlanmasındakı peşəkarlıq, yaxşı lavaş bişirmək, tütəkdə “çoban bayatı” çalmaq, balabanda “sarı gəlin”, qara zurnada “uzun dərə” rəqsini məharətlə ifa etmək bu nümunələri yaratmaq demək deyildir”.
“İcra etmək, ifa etmək nümunənin yaradıcısı iddiasında olmaq üçün əsas vermir” deyən müsahibimiz, Qərbi Azərbaycana bir neçə əsr öncə gəlmiş ermənilərin Azərbaycan mədəniyyət mühitinə daxil olduqlarını və bir çox nümunələri də mənfi mənada “iqtibas” etdiklərini bildirir. Onların Azərbaycan çörəyini yemək, Azərbaycan musiqisini dinləmək, Azərbaycan rəqsini oynamaqla bu mədəniyyətin içərisində olduqlarını bir daha göstərdiklərini, lakin bu mədəniyyət nümunələrinin müəllifi iddiasında olmaq, onları erməni yaradıcılığının nümunələri kimi YUNESKO–ya təqdim etmək, öz adlarına rəsmiləşdirmək təşəbbüslərinin və cəhdlərinin çox yanlış bir hərəkət və saxtalaşdırma olduğunu vurğulayır:
“Azərbaycanın müvafiq qurumları tərəfindən bu erməni saxtakarlığının qarşısının dəfələrlə alınıb. Bu proses hələ bir xeyli müddət də davam edəcək, erməni cəmiyyətində Azərbaycan mədəni həqiqətlərini etiraf etmək, onlara hörmətlə yanaşmaq düşüncəsi formalaşana qədər bu saxtalaşdırma cəhdləri ilə qarşılaşacağıq. Bəzi erməni müəllifləri və ya mədəniyyət qurumları Sarı Gəlin, Yallı, Dolma, bəzi xalça naxışları və digər folklor nümunələrini erməni irsi kimi təqdim etməyə çalışırlar, Ermənistan tərəfinin isə bəzi nümunələri region xalqlarının ortaq irsidir və ya onların öz ənənələrində də mövcuddur. Bu səbəbdən "mənimsəmə" ittihamları uzun illərdir davam edir”.
Ağaverdi Xəlil belə mübahisələrin əsas səbəblərini belə sıralayır:
•Milli kimliyi və tarixi irsi gücləndirmək istəyi;
•Eyni coğrafiyada əsrlər boyu yaşamış xalqların ortaq mədəniyyətə malik olması;
•Mədəni irsin beynəlxalq səviyyədə tanınması (məsələn, UNESCO siyahıları) uğrunda rəqabət;
•Uzunmüddətli siyasi münaqişələrin tarixi və mədəni məsələlərə də təsir etməsi.
Sonda şöbə müdiri, ermənilərin Azərbaycan folklorunu öz adlarına saxtalaşdıraraq mənimsəmək cəhdlərinin iki əsas səbəbdən baş verdiyini bildirir: “Birincisi, bu nümunələri öz adlarına çıxaraq dünyaya təqdim etməklə özlərini mədəniyyət yaradan xalq kimi tanıtmaq, ikincisi isə bu coğrafiyada tarixi olan bir xalq kimi özünü təqdim etmək. Amma tarix bunları yazmayıb, mədəniyyət bunları təsdiqləməyib və folklor bunları deməyib”.
Azərbaycan mədəniyyət nümunələrini peşəkar şəkildə ifa edən ermənilərin olduğunun inkar edilmədiyini, lakin bu nümunələrin Azərbaycan xalqının yaradıcılığı, Azərbaycan folkloru olduğunu və bu nümunələrin müəllifinin məhz Azərbaycan xalqı olduğunu vurğulayır:
“Erməni saxtakarlığı, yalançılığı bir xəstə xüsusiyyət kimi bu xalqın qabaqcıl nümayəndələrində formalaşıb və bu gün də davam etməkdədir, Azərbaycan tərəfi də bu saxtakarlığa qarşı mübarizəsini davam etdirmək əzmindədir”.
Musiqişünas-tədqiqatçı: “Uzundərə məsələsində Azərbaycanın mövqeyi güclüdür, çünki hər şey sənədləşdirilib”
Musiqi irsinin mənsubiyyətinin elmi baxımdan necə müəyyənləşdirildiyi sualına cavab verərkən Psixologiya üzrə fəlsəfə doktoru, musiqişünas, təhsil tədqiqatçısı Bahar Bəylərova bildirir ki, etnomusiqişünaslıqda beş əsas meyar var:
1.Ən erkən yazılı və səs mənbələri — not yazıları, qramofon valları, ekspedisiya materialları;
2.Etimologiya: “Uzundərə” adı Azərbaycan dilində şəffaf mənaya malikdir və Qarabağda, Ağdam yaxınlığındakı konkret dərənin adıdır;
3.Məqam-lad təhlili: melodiyanın quruluşu hansı musiqi ənənəsinin “qrammatikasına” uyğundur;
4.Funksional kontekst: “Uzundərə” Azərbaycan toyunda gəlin rəqsi kimi konkret ritual yerə malikdir;
5.Daşıyıcı mühitin fasiləsizliyi — nümunənin nəsildən-nəslə ötürülməsi.
Qonşu xalqın da bu rəqsi ifa etməsinin nə demək olduğu sualına aydınlıq gətirərkən tədqiqatçı qeyd edir ki, ifa etmək başqa şeydir, mənşəyi özününküləşdirmək başqa. Qafqazda melodiyaların qonşulara keçməsinin təbii proses olduğunu deyən ekspert, elmi problemin nümunənin ilkin adını, mənbəyini və kontekstini siləcək şəkildə öz adına təqdim etmək olduğunu və buna yanlış atribusiya deyildiyini bildirir:
“Uzundərə” məsələsində Azərbaycan tərəfinin mövqeyi güclüdür, çünki toponim, dil, məqam əsası və toy ritualındakı funksiya — hamısı sənədləşdirilə bilir”.
"Nə etməli?" sualına cavab olaraq isə musiqişünas qeyd edir ki, emosional bəyanat yox, sənəd işi vacibdir: arxiv səsyazılarının nəşri, beynəlxalq elmi jurnallarda məqalələr, UNESCO mexanizmlərindən düzgün istifadə edilməlidir:
“Ən güclü arqument “biz belə hiss edirik” yox, “budur mənbələr — yoxlayın” mövqeyidir və irsin ən yaxşı müdafiəsi onu yaşatmaq və sənədləşdirməkdir”.
Musiqişünas-tədqiqatçı erməni saxtakarlığını tənqid edən və rəqsin qədim tarixinə işıq salan arxiv sənədlərini bütöv şəkildə oxucularımıza təqdim edir:
1. Toponimik əsas: Rəqsin adı Qarabağda, Ağdam şəhəri ilə Ağdam rayonunun Göytəpə kəndi arasında yerləşən Uzundərə adlı dərə ilə bağlıdır. Xalq rəvayətinə görə, gəlin apararkən yol bu uzun dərədən keçirmiş; yol uzun olduğundan musiqiçilər gəlini lirik musiqi ilə müşayiət edir, oğlan evinin qadınları gəlinin önündə oynayıb ona xeyir-dua verirmişlər. Azərbaycanda, Türkiyədə, Özbəkistanda və Güney Azərbaycanda bir sıra “Uzundərə” toponimləri mövcuddur, lakin eyni adlı rəqs məhz Ağdam rayonundakı toponimlə bağlıdır.
2. Yaranma mühiti və xoreoqrafik xarakteristika: Mənbələrdə rəqsin Şuşa mühitində yarandığı, ənənəvi toy rəqsi kimi əsasən qızlar və gəlinlər tərəfindən ifa olunduğu qeyd edilir. Rəqs aram, incə, lirik melodiya üzərində qurulub; onun üçün adi gəzişmə, yana gəziş və süzmə hərəkətləri xarakterikdir. Ritminə görə Azərbaycan rəqslərinin təsnifatında “Uzundərə” ağır, aram rəqslər qrupuna aid edilir (müqayisə üçün: “Tərəkəmə” — yüngül şən, “Xançobanı” — şıdırğı qrupda).
3. Erkən səsyazma dövrü (1897–1915): Bu dövr atribusiya üçün açar mənbə bazasıdır. İlk “Şərq konserti” 1897-ci ildə Qarabağın Şuşa şəhərində keçirilib. 1906-cı ildə ingilis “Gramophone” səhmdar cəmiyyəti məşhur xanəndə Cabbar Qaryağdıoğlu və digər Azərbaycan musiqiçilərinin ifasında Azərbaycan musiqisini ilk dəfə qramofon valına yazıb. 1906–1914-cü illərdə fransız Pathé, polşalı Sport-Record, rus Extraphone, Concert-Record, Monarc-Record və digər studiyalar Azərbaycan muğamları, təsnifləri və rəngləri ilə onlarla val buraxıb. 1915-ci ildə Bakıda Ekstrafon şirkətinin Qafqaz yazıları kataloqu nəşr olunub — bu kataloq dövrün repertuarını sənədləşdirən ilkin mənbədir.
4. Beynəlxalq akademik arqument (IASA): Beynəlxalq Səs Arxivləri Assosiasiyasının (IASA) resenziyalı jurnalında dərc olunmuş tədqiqata görə, erkən Qafqaz diskoqrafiyasındakı rəqs melodiyalarının böyük əksəriyyətinin adları yalnız Azərbaycan dilində izah oluna bilir: “Uzundara” Ağdam yaxınlığındakı əraziyə, “Qazağı” Qazax bölgəsinə istinad edir; bir many melodiya Azərbaycan qadın adları, gül, bitki və quş adları daşıyır. Bu, müstəqil beynəlxalq elmi platformada dərc olunmuş dil-toponim arqumentidir və atribusiya mübahisəsində xüsusi çəkiyə malikdir.
5. Üzeyir Hacıbəyli faktoru: “Uzundərə” melodiyası ilk dəfə Üzeyir Hacıbəyli tərəfindən işlənib: bəstəkar onu 1911-ci ildə yazdığı “O olmasın, bu olsun” operettasında — Məşədi İbadın məşhur nömrəsində istifadə edib. Əsər 1956-cı ildə Azərbaycan SSR-də filmə çəkilərkən melodiya yenidən səslənib. Beləliklə, melodiyanın Azərbaycan professional musiqisinə inteqrasiyası hələ 1911-ci ildə sənədləşib.
6. Regional variantlar: Naxçıvanın Şərur rayonunda “Uzundərə” uzaq keçmişdə cəld templi oyun yallısı kimi mövcud olub: onu bir cərgəsi kişilərdən, digəri qadınlardan ibarət iki cərgə oynayıb; kişilərin yallıbaşısı əlində çubuq, qadınların yallıbaşısı cib dəsmalı gəzdirib. Rəqs bu gün Şərur, Culfa və Ordubad rayonlarında yaşadılır. Bu, rəqsin Azərbaycan mədəni coğrafiyasında geniş daşıyıcı arealını göstərir.
7. Qarşı tərəfin iddiaları (elmi dürüstlük naminə): Beynəlxalq mənbələrdə rəqsin həm ermənilər, həm azərbaycanlılar tərəfindən iddia edildiyi, alternativ versiyaya görə isə rəqsin 1828-ci il rus-türk müharibəsi zamanı Ərzurumdan köçən ermənilər tərəfindən regiona gətirildiyi qeyd olunur. Eyni mənbədə sovet xoreoqrafı Tamara Tkaçenkonun rəqsdəki dairəvi hərəkət, “süzmə” və “xırdalıq” elementlərini “Azərbaycan qadın rəqsinin əsas elementləri” adlandırdığı göstərilir.
Qiymətləndirmə: Ərzurum versiyasının zəif tərəfi ondadır ki, rəqsin adı erməni dilində deyil, Azərbaycan-türk dilində mənalıdır və Qarabağdakı real toponimə bağlıdır — köçürülmə versiyası bu iki faktı izah etmir.
8. Tədqiqat üçün perspektivli istiqamətlər: Musiqişünas sonda araşdırılması lazım olan elmi istiqamətləri də qeyd edir:
•1915-ci il Ekstrafon kataloqunun və 1906–1914-cü illər Gramophone/Sport-Record/Pathé kataloqlarının “Uzundara” adlı yazılar üzrə sistemli təhlili;
•1909-cu il Qafqaz–Orta Asiya səsyazma ekspedisiyası materiallarının araşdırılması;
•Sovet dövrü not nəşrlərinin (o cümlədən Səid Rüstəmovun rəqs məcmuələrinin) müqayisəli təhlili;
•Tkaçenkonun xoreoqrafik təsvirlərinin ilkin mənbə üzrə dəqiqləşdirilməsi.
Metodoloji qeyd: Aparılmış axtarışda “Uzundərə“nin konkret ilk qramofon yazısının dəqiq tarixini və val nömrəsini təsdiqləyən mənbə müəyyən edilməyib: erkən kataloqlarda bu adın mövcudluğu IASA məqaləsində təsdiqlənir, lakin dəqiq il və nömrə üçün Ekstrafon 1915 kataloqunun orijinalına müraciət olunmalıdır. Bu məqam arayışda iddia kimi deyil, tədqiqat istiqaməti kimi təqdim edilir.
Çimnaz Telmanqızı
23:08 / 06 İyul 2026
11
23:02 / 06 İyul 2026
131
22:53 / 06 İyul 2026
20
22:41 / 06 İyul 2026
49
22:36 / 06 İyul 2026
220
22:32 / 06 İyul 2026
56
22:26 / 06 İyul 2026
54
22:05 / 06 İyul 2026
43
22:05 / 06 İyul 2026
61
22:00 / 06 İyul 2026
59
21:53 / 06 İyul 2026
70
21:53 / 06 İyul 2026
58
21:43 / 06 İyul 2026
297
21:39 / 06 İyul 2026
76
21:33 / 06 İyul 2026
151
21:23 / 06 İyul 2026
77
21:22 / 06 İyul 2026
749
21:20 / 06 İyul 2026
66
21:17 / 06 İyul 2026
72
20:57 / 06 İyul 2026
160
20:44 / 06 İyul 2026
68
20:38 / 06 İyul 2026
193
20:22 / 06 İyul 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.