Prezident sərəncam imzaladı
06 İyul 2026, 18:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
84
06.07.2026, 16:19
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşir, ağaclar dəyəri ödənilməklə kəsiləcək, kollar üçün isə ödəniş alınmayacaq.
Oxu24.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Yaşıllıqların mühafizəsi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda yaşıllıqların götürülməsinə yol veriləcək. Bu halda yaşıllıqların götürülməsi (kəsilməsi) ağaclara münasibətdə onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilməlidir.
Qanuna əsasən, bu halda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.
Kolların kəsilməsi ilə bağlı isə məlumatlandırma icraatı həyata keçirilməlidir.
Ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl müvafiq məlumatlar təqdim olunur. Yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 (on) təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə, ərizəçi kolların kəsilməsini həyata keçirə bilər. İrad olduqda, həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
Qanunda ağac və kol anlayışları da əksini tapıb.
18:32 / 06 İyul 2026
1
18:20 / 06 İyul 2026
194
18:01 / 06 İyul 2026
29
17:43 / 06 İyul 2026
44
17:36 / 06 İyul 2026
37
17:28 / 06 İyul 2026
65
17:20 / 06 İyul 2026
83
17:13 / 06 İyul 2026
71
17:08 / 06 İyul 2026
70
17:08 / 06 İyul 2026
77
16:56 / 06 İyul 2026
78
16:54 / 06 İyul 2026
98
16:46 / 06 İyul 2026
73
16:27 / 06 İyul 2026
353
16:21 / 06 İyul 2026
548
16:08 / 06 İyul 2026
87
16:02 / 06 İyul 2026
73
15:56 / 06 İyul 2026
79
15:53 / 06 İyul 2026
83
15:34 / 06 İyul 2026
91
15:31 / 06 İyul 2026
86
15:25 / 06 İyul 2026
85
15:22 / 06 İyul 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.