Qaynar xətt:

(+99450) 247 90 86

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib 

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib 

CƏMİYYƏT

84

01.07.2026, 16:57

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Oxu24.com xəbər verir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni hava limanında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos və digər rəsmi şəxslər qarşılayıblar.