Rusiyada dəhşət: Prokurorlar qətlə yetirildi
10 Noyabr 2026, 01:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
586
01.07.2026, 14:33
Ötən ilin səs-küylü əməliyyatlarından biri-5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesi başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.
Bu iş üzrə 10 nəfər-Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının baş direktoru Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov, liman xidmətinin rəisi Zaur Haşımov, liman briqadiri Fərrux Haqverdiyev, gömrük inspektorları Heydər Eyvazlı və Tamerlan Axundzadə, Tahir Tahiri, Firuz Əliyev Amil Cəbrayılov və Rövşən Tarverdiyev mühakimə olunur. Onlardan 6-sı həbsdədir.
İlk iclas tanışlıq xarakterlidir. Təqsirləndirilən şəxslərin şəxsi məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.
Həbsdə olan müttəhimlərin (Rəşad Daşdəmirov, Zaur Haşımov, Fərrux Haqverdiyev, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə) vəkilləri müvəkkillərinin ev dustaqlığına buraxılmalarını istəyiblər.
Vəsatət təmin edilməyib.
Əsas iclas isə iyulun 15-nə təyin edilib.
Qeyd edək ki, cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Bu işlə bağlı Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki rəhbəri, məşhur iş adamı Ruslan Eyyubov da həbs edilmişdi. İlkin istintaqın sonunda o, ev dustaqlığına buraxılıb, cinayət işi başqa icraata ayrılıb.
Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 206.4 (külli miqdarda qaçaqmalçılıq - mütəşəkkil dəstə tərkibində törədildikdə), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirlər. Bu əməllər xüsusilə ağır cinayət hesab olunur.
10:32 / 10 Noyabr 2026
21
10:28 / 10 Noyabr 2026
37
10:21 / 10 Noyabr 2026
43
10:17 / 10 Noyabr 2026
54
10:15 / 10 Noyabr 2026
58
10:10 / 10 Noyabr 2026
51
09:50 / 10 Noyabr 2026
149
09:46 / 10 Noyabr 2026
87
09:35 / 10 Noyabr 2026
111
09:26 / 10 Noyabr 2026
150
09:19 / 10 Noyabr 2026
109
08:56 / 10 Noyabr 2026
201
08:46 / 10 Noyabr 2026
211
08:42 / 10 Noyabr 2026
1955
05:37 / 10 Noyabr 2026
159
05:27 / 10 Noyabr 2026
255
04:34 / 10 Noyabr 2026
159
04:12 / 10 Noyabr 2026
218
02:34 / 10 Noyabr 2026
182
02:02 / 10 Noyabr 2026
169
01:30 / 10 Noyabr 2026
437
01:19 / 10 Noyabr 2026
595
01:00 / 10 Noyabr 2026
261
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.