Qaynar xətt:

(+99450) 247 90 86

Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq 

Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq 

CƏMİYYƏT

99

24.06.2026, 17:43

Sabah Lənkəran rayonunun bəzi qəsəbə və kəndlərində təbii qazın verilişi dayandırılacaq.

Bu barədə Oxu24.com Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Lənkəran rayonunun Nərimanabad və Balıqçılar qəsəbələrinin, Üzümçülük kəndinin, həmçinin Liman şəhərinin M. Ə. Rəsulzadə və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.