10-15° şaxta,intensiv yağış olacaq - XƏBƏRDARLIQ
10 Noyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
616
24.06.2026, 22:26
Xəbər verdiyimiz kimi, I və IV ixtisas qrupları üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsi açıqlanıb.
Oxu24.com-un məlumatına görə, nəticələrə əsasən 7 nəfər 400 bal toplayaraq maksimum nəticə göstərib.
Belə ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər – Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızı, Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Mehdiyev Əli Eldar oğlu, Tovuz rayonu S.Kazımov adına Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil oğlu və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızı göstərib.
Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əliyeva Aysu Rauf qızı və Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı göstərib.
Əliyeva Aysu Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
13:00 / 10 Noyabr 2026
1
12:37 / 10 Noyabr 2026
95
12:31 / 10 Noyabr 2026
63
12:21 / 10 Noyabr 2026
192
12:18 / 10 Noyabr 2026
76
12:04 / 10 Noyabr 2026
101
12:00 / 10 Noyabr 2026
242
11:45 / 10 Noyabr 2026
1555
11:42 / 10 Noyabr 2026
90
11:39 / 10 Noyabr 2026
103
11:28 / 10 Noyabr 2026
110
11:16 / 10 Noyabr 2026
184
11:04 / 10 Noyabr 2026
111
10:45 / 10 Noyabr 2026
121
10:39 / 10 Noyabr 2026
857
10:32 / 10 Noyabr 2026
111
10:28 / 10 Noyabr 2026
169
10:21 / 10 Noyabr 2026
212
10:17 / 10 Noyabr 2026
130
10:15 / 10 Noyabr 2026
173
10:10 / 10 Noyabr 2026
160
09:50 / 10 Noyabr 2026
1298
09:46 / 10 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.