10-15° şaxta,intensiv yağış olacaq - XƏBƏRDARLIQ
10 Noyabr 2026, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1760
24.06.2026, 21:37
Bu gün Azərbaycan Beynəlxalq Bankı (ABB) da daxil olmaqla, ölkənin bir sıra banklarında müştəri kart hesablarından vəsaitlərin silinməsi və mobil tətbiqlərdə fasilələrin yaşanması əhali arasında ciddi narahatlıq və müxtəlif şayiələrə səbəb olub. Sosial şəbəkələrdə hadisənin kiberhücumla bağlı olması barədə yayılan iddialar geniş müzakirələrə yol açıb.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından bildirilib ki, baş verən insident hər hansı kibermüdaxilə və ya dələduzluq halı deyil, tamamilə texniki xəta ilə əlaqədardır.
Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, iyunun 24-də “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi texniki səbəblərdən baş verib. Tənzimləyici qurum ölkədəki ödəniş sistemlərinin, prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya infrastrukturu ilə bağlı hər hansı təhlükəsizlik probleminin olmadığını vurğulayıb.
Qeyd olunan texniki nasazlığın artıq aidiyyəti üzrə aradan qaldırıldığı bildirilir. Bank xidmətlərinin istifadəçilərindən yalnız rəsmi mənbələrdə əks olunan məlumatlara istinad etmələri xahiş olunur.
13:00 / 10 Noyabr 2026
1
12:37 / 10 Noyabr 2026
95
12:31 / 10 Noyabr 2026
63
12:21 / 10 Noyabr 2026
192
12:18 / 10 Noyabr 2026
76
12:04 / 10 Noyabr 2026
101
12:00 / 10 Noyabr 2026
242
11:45 / 10 Noyabr 2026
1555
11:42 / 10 Noyabr 2026
90
11:39 / 10 Noyabr 2026
103
11:28 / 10 Noyabr 2026
110
11:16 / 10 Noyabr 2026
184
11:04 / 10 Noyabr 2026
111
10:45 / 10 Noyabr 2026
121
10:39 / 10 Noyabr 2026
857
10:32 / 10 Noyabr 2026
111
10:28 / 10 Noyabr 2026
169
10:21 / 10 Noyabr 2026
212
10:17 / 10 Noyabr 2026
130
10:15 / 10 Noyabr 2026
173
10:10 / 10 Noyabr 2026
160
09:50 / 10 Noyabr 2026
1298
09:46 / 10 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.