Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ
13 Sentyabr 2026, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
539
24.06.2026, 21:46
Yaşlı nəslin nümayəndələri arasında ən çox rast gəlinən və həyat keyfiyyətinə ciddi təsir göstərən problemlərdən biri diz oynağının aşınması, yəni artroz xəstəliyidir. Cəmiyyətdə bu xəstəliklə bağlı "duzlaşma" və ya "maye qurtarması" kimi elmi əsası olmayan bir çox yanlış inanclar mövcuddur.
Tanınmış həkim, travmatoloq Dr. Ceyhun İsmayılov Oxu24.com-a verdiyi açıqlamalarda artrozun real səbəblərini, əlamətlərini və hər 4-cü dərəcəli artroz xəstəsinin niyə əməliyyata ehtiyacı olmadığını aydınlaşdırıb, xüsusilə xanımlara menopauza dövrü ilə bağlı vacib xəbərdarlıqlar edib.
Həkimin sözlərinə görə, yaşlı nəslin nümayəndələri arasında diz oynağının aşınması, yəni artroz problemi ən çox rast gəlinən şikayətlərdən biridir. Lakin cəmiyyətdə bu xəstəliklə bağlı "doğru bildiyimiz bir çox yanlışlar" mövcuddur.
Dr. Ceyhun İsmayılov bildirir ki, xəstələrin ən çox istifadə etdiyi "dizimdə duzlaşma var" və ya "oynağımda maye qurtarıb" kimi ifadələr elmi əsasa söykənmir:
“Duzlaşma" nədir? Artroz zamanı diz oynağının ətrafında sümük çıxıntıları (osteofitlər) əmələ gəlir. Xəstələr çox vaxt “Həkim, mən heç duz yemirəm, bəs niyə məndə duzlaşma yaranıb?" deyə soruşurlar. Bunun duz qəbulu ilə heç bir əlaqəsi yoxdur. Sümük çıxıntılarının yaranması bədənin bir növ qoruyucu mexanizmidir. Oynaq aşındığı halda bədən hərəkəti məhdudlaşdırmağa və bununla da ağrını azaltmağa çalışır.
“Maye qurtarması" nədir? Bu ifadə əslində oynaq qığırdağının yeyilməsini ifadə edir. Rentgen müayinəsində qığırdaq təbəqəsinin tamamilə aşındığı və sümüyün sümüyə dəydiyi aydın görünür. Bu vəziyyətdə oynağın daxilinə sadəcə maye vurmaqla qığırdağı bərpa etmək qeyri-mümkündür”.
Həkim travmatoloq rentgen görüntülərində problemin böyük görünməsinin dərhal cərrahi müdaxilə tələb etmədiyini vurğulayıb:
“Statistikaya görə, son (4-cü) dərəcəli artrozu olan hər 100 xəstədən 30-da əməliyyata heç bir ehtiyac qalmır. Çünki bu insanlarda ağrı yoxdur və oynağın gündəlik funksiyası pozulmayıb. Bu hallara daha çox çəkisi az olan və aktiv həyat tərzi keçirən şəxslərdə rast gəlirik. Əgər ağrı yoxdursa, əməliyyata tələsməyə və narahat olmağa əsas yoxdur”.
Əməliyyat qərarı yalnız xəstənin ağrıları dözülməz olduqda, gündəlik fəaliyyəti və həyat keyfiyyəti ciddi şəkildə pisləşdikdə qəbul edilir.
Xəstəliyin gedişatından danışan Dr. Ceyhun İsmayılov onun əsas simptomlarını belə sıralayıb:
“İlkin mərhələlərdə ağrılar yalnız fiziki yüklənmədən (çox yeridikdə, ayaq üstə çox qaldıqda) sonra yaranır. İrəliləmiş mərhələlərdə isə ağrılar hətta tam sakitlik vəziyyətində də xəstəni narahat edir.
Xəstələr səhər yuxudan durarkən və ya uzun müddət oturduqdan sonra ayağa qalxanda kəskin ağrı və hərəkət məhdudiyyəti hiss edirlər. Sanki kiminsə oynağı tutub saxladığını və ilk addımları ata bilmədiklərini söyləyirlər. Müəyyən məsafə qət etdikdən sonra isə ağrı səbəbindən oturmağa yer axtarırlar. Oynaqlarda hərəkət zamanı ağrılı şaqqıltı və tıqqıltı səsləri müşahidə olunur. Zamanla oynaqlarda struktur dəyişikliyi baş verir və ayaqlarda kənardan da aydın görünən əyriliklər, həmçinin şişkinliklər yaranır. Artroz təkcə sümük və qığırdağın deyil, ətrafdakı bütün yumşaq toxumaların xəstəliyidir”.
Həkim xüsusilə qadınların müəyyən yaş dövründə daha diqqətli olmasının vacibliyini qeyd edib. Xanımlarda menopauza dövründən sonra artroz və digər oynaq xəstəlikləri kəskin şəkildə sürətlənir.
Bunun səbəbi hormonal disbalansdır. Hormonların səviyyəsinin düşməsi, vitamin çatışmazlığı və qalxanabənzər vəzinin fəaliyyətindəki dəyişikliklər sümük və qığırdaq toxumasını daha kövrək edir. Buna görə də, menopauza dövrünə qədəm qoyan hər bir xanım mütləq endokrinoloq müayinəsindən keçməlidir.
Jalə
13:02 / 13 Sentyabr 2026
14
12:55 / 13 Sentyabr 2026
26
12:21 / 13 Sentyabr 2026
193
12:19 / 13 Sentyabr 2026
57
12:10 / 13 Sentyabr 2026
64
11:54 / 13 Sentyabr 2026
141
11:46 / 13 Sentyabr 2026
68
11:41 / 13 Sentyabr 2026
128
11:30 / 13 Sentyabr 2026
102
11:00 / 13 Sentyabr 2026
86
10:39 / 13 Sentyabr 2026
529
10:29 / 13 Sentyabr 2026
129
10:26 / 13 Sentyabr 2026
107
10:15 / 13 Sentyabr 2026
80
10:11 / 13 Sentyabr 2026
118
10:02 / 13 Sentyabr 2026
799
09:50 / 13 Sentyabr 2026
110
09:19 / 13 Sentyabr 2026
466
08:58 / 13 Sentyabr 2026
1072
08:35 / 13 Sentyabr 2026
122
08:07 / 13 Sentyabr 2026
355
00:51 / 13 Sentyabr 2026
108
00:35 / 13 Sentyabr 2026
670
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.