Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib
10 Noyabr 2026, 11:42
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
622
24.06.2026, 21:59
Yetkinlik yaşına çatmayan uşaqların ölkədən kənara səfər etməsi zamanı valideynlər arasında yaranan ən böyük problemlərdən biri də tərəflərdən birinin bu səfərə razılıq verməməsidir. Bəs belə vəziyyətdə nə etmək olar? Qanunvericilik hansı imkanları tanıyır?
Mövzu ilə bağlı Oxu24.com-a vəkil Toğrul Abbaslı məlumat verib.
Vəkil bildirib ki, qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayan övladın xarici ölkəyə səfər etməsi üçün hər iki valideynin razılığı mütləqdir:
“Yetkinlik yaşına çatmayan övladınızla xarici ölkəyə səfər etmək üçün mütləq qaydada digər valideynin notarial qaydada razılığı tələb olunur”.
Əgər valideynlərdən biri əsassız olaraq və ya qərəzli şəkildə uşağın ölkədən çıxmasına icazə vermirsə, məsələ məhkəmə müstəvisində həll olunmalıdır. T.Abbaslı qeyd edib ki, digər valideyn notarial qaydada razılıq verməkdən imtina edərsə, iddia tələbi ilə məhkəməyə müraciət etmək mümkündür.
Məhkəmə prosesi zamanı uşağın ölkədən çıxarılmasını tələb edən valideynin qarşısında müəyyən öhdəliklər dayanır. Vəkilin sözlərinə görə, uşağın himayəsinə verildiyi iddiaçı valideyn uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı aydın mövqe sərgiləməlidir:
“Səfərin uşağın asudə vaxtının səmərəli təşkili məqsədilə edildiyi göstərilə bilər.
Uşağın xaricdə tibbi xidmət alması zərurəti əsas gətirilə bilər.
Övladın xarici ölkədə təhsil alması məqsədilə səfər planlaşdırıla bilər”.
Bundan əlavə, iddiaçı valideyn həmçinin özünün daimi əsaslarla başqa ölkəyə köçməsinin məqsədini də əsaslandıraraq uşağın ölkədən çıxarılmasına icazə ala bilər.
Nigar
13:00 / 10 Noyabr 2026
1
12:37 / 10 Noyabr 2026
95
12:31 / 10 Noyabr 2026
63
12:21 / 10 Noyabr 2026
192
12:18 / 10 Noyabr 2026
76
12:04 / 10 Noyabr 2026
101
12:00 / 10 Noyabr 2026
242
11:45 / 10 Noyabr 2026
1555
11:42 / 10 Noyabr 2026
90
11:39 / 10 Noyabr 2026
103
11:28 / 10 Noyabr 2026
110
11:16 / 10 Noyabr 2026
184
11:04 / 10 Noyabr 2026
111
10:45 / 10 Noyabr 2026
121
10:39 / 10 Noyabr 2026
857
10:32 / 10 Noyabr 2026
111
10:28 / 10 Noyabr 2026
169
10:21 / 10 Noyabr 2026
212
10:17 / 10 Noyabr 2026
130
10:15 / 10 Noyabr 2026
173
10:10 / 10 Noyabr 2026
160
09:50 / 10 Noyabr 2026
1298
09:46 / 10 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.