İlğımdan həqiqətə: Sevgi, günah və vicdanın romanı
24 İyun 2026, 23:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
196
24.06.2026, 20:32
Son illər Azərbaycan cəmiyyətində, xüsusilə gənclər arasında kifayət qədər maraqlı, həm də ciddi müzakirələrə səbəb olan bir tendensiya yaşanmaqdadır. Gündəlik həyatda, paytaxt mühitində, ictimai iaşə obyektlərində və ən əsası sosial şəbəkə platformalarında bir çox şəxsin öz ana dilini – Azərbaycan dilini mükəmməl bildiyi halda, ünsiyyət zamanı israrla rus, ingilis və ya türk dillərinə üstünlük verdiyinin şahidi oluruq. Bu vəziyyət cəmiyyətdə birmənalı qarşılanmır: bir qrup bunu qaçılmaz qloballaşma dalğası və karyera zərurəti kimi təbii qəbul etsə də, digər bir qrup bunu öz milli kimliyindən uzaqlaşmaq və süni "prestij" nümayişi, yəni cəmiyyətdə özünü fərqli statusda göstərmək cəhdi kimi tənqid edir. Bəs əsl reallıq nədən ibarətdir? İnsanların ana dilindən xarici dilə qaçışı sadəcə bir trenddir, yoxsa arxasında daha dərin sosial-psixoloji səbəblər dayanır?
Oxu24.com olaraq bu aktual mövzunu sosioloq Naib Niftəliyev ilə ətraflı müzakirə etdik. Ekspert mövzu ilə bağlı açıqlamasında cəmiyyətin bu yaralı yerinə fərqli sosioloji prizmadan işıq salıb.
Məsələnin kökünə toxunan sosioloq ilk növbədə bildirir ki, insanların ana dilini bildiyi halda təbii ünsiyyətdə müəyyən xarici dillərə üstünlük verməyə çalışmaları həm qlobal təsirlərin təzahürü kimi özünü göstərir, həm də müəyyən mürəkkəb sosial-psixoloji amillərlə şərtlənir. Onun sözlərinə görə, burada bir tərəfdən beynəlxalq təhsil imkanlarının genişlənməsi, insanların daha keyfiyyətli təhsil almaq və daha yaxşı yaşamaq cəhdləri öz təsirini göstərir. Digər tərəfdən isə qloballaşma və mövcud texnologiyalar bu prosesdə mühüm təsir mexanizmi rolunu oynayır.
“Xarici dil artıq üstünlük yox, peşəkar zərurətdir”
Naib Niftəliyev qeyd edir ki, xarici dildə informasiya axınının artması insanların bir neçə dildə ünsiyyət qurmasını və bunu artıq bir normaya çevirməsini qaçılmaz edir:
“Müasir dünyada xarici dili bilmək artıq əlavə bir üstünlük sayılmır, əksinə, bir çox hallarda peşəkar və sosial inkişaf üçün zərurət kimi qiymətləndirilir. Bu baxımdan, xarici dillərdən istifadə etmək normal və pozitiv bir tendensiyadır”.
Lakin o, mühüm bir şərti də əlavə edir: bu proses mütləq ana dilinin inkişafı fonunda baş verməlidir. Dillərdən qarşılıqlı keçid, uyğun sözlərin, terminlərin və beynəlxalq anlayışların mənimsənilməsi baxımından bu rəngarənglik önəmli bir faktordur.
Sosioloq fərqli mühitlərin dil seçiminə təsirindən bəhs edərkən vurğulayır ki, bəzi hallarda insan ətrafını, çevrəsini və iş mühitini nəzərə alaraq mütləq bir şəkildə rus, ingilis, türk və digər populyar dillərdə danışmaq məcburiyyətində qalır. Gənclərin xarici dilə olan marağını anlaşılan hesab edən ekspert bildirir ki, onlar bu amili həm də inkişafın bir göstəricisi, sosial nüfuz, müasirlik və cəmiyyətdəki mövqeyin yüksəlməsi kimi qəbul edirlər. Bu səbəbdən bəzi şəxslər subyektiv şəkildə ana dilində danışmağı arxa plana keçirir və dilə münasibətdə fərqli psixoloji yanaşma nümayiş etdirirlər.
Xüsusilə yaxın dillərin təsirinə toxunan Naib Niftəliyev uşaqların efir və filmlərin təsiri ilə erkən yaşda Türkiyə türkcəsində danışmalarını xatırladır. O qeyd edir ki, dillər arasında yaxınlıq olduğu üçün oxşar termin və ifadələr çox rahat mənimsənilir və son dövrlər yaxın dillərin müqayisəsi ilə bağlı yeni trendlər yaranıb. Sözlərin bir dildən digərinə həvəslə keçid etməsi normal olsa da, sosioloq bəzən terminlərin mənsubiyyəti ilə bağlı cəmiyyətdə mübahisə və müzakirələrin də yarandığını diqqətə çatdırır.
Ekspert dil öyrənməyi günün norması saysa da, yüksək inkişaf etmiş cəmiyyətlərdəki mənzərənin fərqli olduğunu bildirir:
“İnkişaf etmiş xalqlar bir neçə dili mükəmməl bilsələr də, öz ana dillərini qorumağa çox həssas və mühafizəkar yanaşırlar. Məsələn, fransızlar bu məsələdə son dərəcə qoruyucudur, almanlarda da mərkəz xalq kimi etnomədəni mərkəzçilik güclü olaraq qalmaqdadır.
Xarici dil dünyaya açılan yeni bir pəncərə olsa da, ana dili insanın daxili düşüncəsinin və beyin inkişafının əsasını təşkil edir”.
Sosioloq çox ciddi bir psixolinqvistik məqama da toxunur:
“Əgər bir insan yad dili ana dili səviyyəsində dərk edib qəbul edirsə, o, mental olaraq həmin mədəniyyətin daşıyıcısına çevrilir. Belə olan halda, şəxsin azərbaycanlı və ya türk olması sadəcə genetik bir amil kimi qalır, funksional kimliyi isə arxa plana keçir”.
Naib Niftəliyev yekunda bəyan edir ki, problem xarici dil bilməkdə deyil, problem ana dilini qoruyub saxlamamaqdadır. İş mühiti və şərait səbəbindən xarici dil önə çıxa bilsə də, insan öz doğma dilini, evini və çevrəsini heç kimə güzəştə getməməli və arxa plana atmamalıdır.
Çimnaz Telmanqızı
23:21 / 24 İyun 2026
1
23:15 / 24 İyun 2026
18
22:52 / 24 İyun 2026
164
22:41 / 24 İyun 2026
54
22:36 / 24 İyun 2026
58
22:29 / 24 İyun 2026
112
22:26 / 24 İyun 2026
63
22:21 / 24 İyun 2026
59
22:15 / 24 İyun 2026
69
22:01 / 24 İyun 2026
88
21:59 / 24 İyun 2026
73
21:46 / 24 İyun 2026
77
21:37 / 24 İyun 2026
439
21:17 / 24 İyun 2026
115
21:06 / 24 İyun 2026
84
20:59 / 24 İyun 2026
75
20:47 / 24 İyun 2026
672
20:42 / 24 İyun 2026
106
20:40 / 24 İyun 2026
86
20:29 / 24 İyun 2026
574
20:27 / 24 İyun 2026
76
20:25 / 24 İyun 2026
75
20:14 / 24 İyun 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.