Zəfərdən sonra: Xəzərin iki sahilində yeni müttəfiqlik - Zahid Oruc
24 Avqust 2026, 19:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
522
24.06.2026, 22:01
Pambıqçılıqda məhsuldarlığa təsir edən problemlər müəyyənləşdirilib.
Oxu24.com xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.
Onun sözlərinə görə, qarşıya qoyulan hədəflərə nail olmaq üçün ilk növbədə mövcud problemlərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır: "Xüsusilə suvarma təminatında yaranan çətinliklər, texnika parkının köhnəlməsi, maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu, mahlıcın satış qiymətinin aşağı olması, məhsulun keyfiyyət göstəriciləri, kadr potensialının zəifliyi, toxumçuluq sisteminin təşkili, eləcə də torpaq və infrastruktur məsələləri sahənin inkişafına mənfi təsir göstərən əsas amillərdir.
Şübhəsiz ki, bu problemlərin həlli yalnız bir qurumun fəaliyyəti ilə mümkün deyil. Pambıqçılıqda məhsuldarlığın artırılması, fermer gəlirlərinin qorunması, şirkətlərin maliyyə dayanıqlığının təmin edilməsi və emal sənayesinin xammal bazasının gücləndirilməsi dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyətini, yerli icra hakimiyyəti orqanlarının fəal iştirakını və özəl sektorun məsuliyyətli yanaşmasını tələb edir".
Şöbə müdiri əlavə edib ki, suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi yalnız bütün aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti nəticəsində mümkün ola bilər: "Su və torpaq resurslarından səmərəli istifadə, müasir suvarma sistemlərinin geniş tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin təkmilləşdirilməsi, mövcud kanalların təmizlənməsi, eləcə də sudan səmərəli istifadə ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bugünkü müşavirədə iştirak edən icra hakimiyyəti başçıları, pambıqçılıq şirkətlərinin və iri fermer təsərrüfatlarının nümayəndələri pambıqçılığın inkişafına dair Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət yetirməlidirlər".
Onun sözlərinə görə, pambıqçılıqda əsas məsuliyyət yerli icra hakimiyyətlərinin üzərinə düşür: "Yerli icra hakimiyyəti orqanları yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin inkişaf etdirilməsi, həmçinin pambıqçılıqda məhsuldarlığın artırılması ilə bağlı müəyyən edilmiş hədəflərə nail olunması üçün zəruri bütün tədbirləri həyata keçirməlidirlər. Bu qurumlar yerli imkanlardan səmərəli istifadə etməklə məsələnin fermer və sahibkarlar arasında təbliğini gündəlik fəaliyyətlərinin əsas istiqamətlərindən birinə çevirməli, prosesin əsas təşkilatçıları kimi çıxış etməli, dövrün tələblərinə uyğun sistemli, kompleks tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Eyni zamanda, sahibkar və fermerlərin cənab Prezidentin çağırışına qoşulmaları üçün müvafiq təşviq və təşkilati tədbirlər görülməlidir.
Pambıqçılıq rayonlarında əkin sahələrinin dəqiq müəyyənləşdirilməsinə, fermerlərlə şirkətlər arasında müqavilələrin bağlanmasına dəstək göstərilməli, şum, səpin, aqrotexniki qulluq və suvarma işlərinin vaxtında həyata keçirilməsinə nəzarət gücləndirilməlidir. Bununla yanaşı, rayonlar üzrə pambıq əkini nəzərdə tutulan sahələrdə mövcud problemlər sistemləşdirilməli, suvarma kanallarının təmizlənməsi, sahələrədək suvarma şəbəkələrinin çəkilməsi, təsərrüfat yollarının təmiri və digər infrastruktur məsələlərinin həlli üçün aidiyyəti qurumlar qarşısında məsələlər qaldırılmalı və onların icrası təmin edilməlidir. Qarşımızda qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı təşkilati işlərin həyata keçirilməsində əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu struktura daxil olan bütün qurumların üzərinə düşür. Bu baxımdan, qarşıya qoyulan hədəflərə nail olunması hər bir rayon və şəhər üzrə əlaqələndirilmiş, çevik və məsuliyyətli fəaliyyətin təşkilini zəruri edir".
20:00 / 24 Avqust 2026
1
19:45 / 24 Avqust 2026
43
19:38 / 24 Avqust 2026
52
19:29 / 24 Avqust 2026
46
19:18 / 24 Avqust 2026
61
19:13 / 24 Avqust 2026
50
19:08 / 24 Avqust 2026
425
19:00 / 24 Avqust 2026
48
18:59 / 24 Avqust 2026
214
18:57 / 24 Avqust 2026
63
18:51 / 24 Avqust 2026
64
18:43 / 24 Avqust 2026
129
18:26 / 24 Avqust 2026
62
18:16 / 24 Avqust 2026
69
18:07 / 24 Avqust 2026
71
17:59 / 24 Avqust 2026
88
17:45 / 24 Avqust 2026
74
17:29 / 24 Avqust 2026
86
17:05 / 24 Avqust 2026
81
16:53 / 24 Avqust 2026
97
16:44 / 24 Avqust 2026
52
16:31 / 24 Avqust 2026
117
16:17 / 24 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.