Bir əsrlik tarixə şahidlik edən Mehmandarovlar kompleksi
17 İyun 2026, 21:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
84
17.06.2026, 17:33
Dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün maliyyə resurslarına çıxışla yanaşı, həmin vəsaitlərdən səmərəli istifadə etməyə imkan verən institusional potensialın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Oxu24.com xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Yüksək Səviyyəli Dialoq: “Yardımdan daha çox potensialın inkişafı” – Dayanıqlılıq və davamlı inkişaf naminə beynəlxalq texniki yardım üzrə AIDA–İİB tərəfdaşlığı” adlı sessiyada çıxışı zamanı deyib.
Y.Rəfiyev bildirib ki, maliyyələşdirmə mühüm rol oynasa da, təkbaşına kifayət etmir.
“Azərbaycan beynəlxalq donor fəaliyyəti çərçivəsində dünyanın 44 ən az inkişaf etmiş ölkəsindən 43-nə, Afrika qitəsinin 54 ölkəsindən 53-nə, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv 57 dövlətdən 51-nə maliyyə, texniki və potensialın artırılması istiqamətində dəstək göstərib. Rəqəmsal transformasiya və institusional potensiala yatırılan investisiyalar xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, dayanıqlılığın gücləndirilməsinə, həmçinin hökumətlərin inkişaf və humanitar çağırışlara cavab vermək imkanlarının artırılmasına əhəmiyyətli töhfə verir. Maliyyəyə çıxış və institusional potensial bir-biri ilə sıx bağlıdır. Bu iki istiqamətin paralel şəkildə gücləndirilməsi daha dayanıqlı və uzunmüddətli inkişaf nəticələrinin əldə olunmasına imkan yaradır”, – deyə o vurğulayıb.
Nazir müavini Azərbaycanın praktiki əməkdaşlığın təşviqi, tərəfdaşlıqların möhkəmləndirilməsi və dayanıqlılıqla davamlı inkişafı dəstəkləyən həllərin irəli aparılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.
21:52 / 17 İyun 2026
32
21:42 / 17 İyun 2026
47
21:18 / 17 İyun 2026
96
21:01 / 17 İyun 2026
69
20:51 / 17 İyun 2026
87
20:34 / 17 İyun 2026
76
20:23 / 17 İyun 2026
102
20:17 / 17 İyun 2026
159
19:54 / 17 İyun 2026
83
19:34 / 17 İyun 2026
104
19:29 / 17 İyun 2026
104
19:12 / 17 İyun 2026
151
18:53 / 17 İyun 2026
116
18:47 / 17 İyun 2026
93
18:29 / 17 İyun 2026
130
18:16 / 17 İyun 2026
115
18:10 / 17 İyun 2026
266
18:07 / 17 İyun 2026
213
17:57 / 17 İyun 2026
192
17:56 / 17 İyun 2026
87
17:48 / 17 İyun 2026
79
17:40 / 17 İyun 2026
79
17:30 / 17 İyun 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.