İran ABŞ ilə müharibəyə hazırdır
27 Sentyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
594
17.06.2026, 19:29
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı müxalifət liderlərinə qarşı sərt bəyanatlar səsləndirib.
Oxu24.com xəbər verir ki, Paşinyan 2021-ci il seçkilərində seçici satınalması ilə bağlı işlərin hələ də yekunlaşdırılmadığını bildirib və həmin proseslər üzrə heç kimin həbsdə olmadığını vurğulayıb.
Baş nazir parlament zalında qondarma “Artsax” bayraqlarının nümayiş etdirilməsini də tənqid edib. Onun sözlərinə görə, bu cür addımlar regionun təhlükəsizlik arxitekturasını şübhə altına alır.
Paşinyan çıxışında Robert Köçəryan, Samvel Karapetyan və Qaqik Tsarukyanı nəzərdə tutaraq onları “üçbaşlı müharibə partiyası” adlandırıb. O, bu qüvvələrin gələcək nəsillər üçün təhlükə yaratdığını deyib və onların kökündən məhv edilməli olduğunu bildirib.
Baş nazir həmçinin müxalifətin səsləndirdiyi 300 min azərbaycanlının Ermənistana qayıdışı mövzusunu uydurma adlandırıb.
Paşinyan seçkilərin saxtalaşdırıldığını iddia edən müxalifətə də sərt cavab verib. O bildirib ki, əgər seçkilər həqiqətən saxtalaşdırılıbsa, bunun yeri parlament və küçələrdir, boş bəyanatlar deyil.
“Mən bir daha soruşuram: kimin səsi saxtalaşdırılıb? Əgər belədirsə, meydana çıxın. Respublika meydanına gəlin. Görək neçə nəfərsiniz”, – deyə Paşinyan bildirib.
Baş nazir müxalifət liderlərini evlərində oturmaqda ittiham edərək, onların tərəfdarlarının səslərinin oğurlandığını iddia etdikləri halda küçələrə çıxmadıqlarını vurğulayıb. O, seçkilərdən dərhal sonra bəzi müxalif siyasətçilərin hava limanında görünməsini də xatırladıb və bunu tənqid edib.
Paşinyanın sözlərinə görə, müxalifət küçələrə çıxmağa cəsarət etmir, çünki bu halda seçki rüşvətləri və müxtəlif təsir mexanizmləri ilə səsləri alınmış insanların da meydana axışacağını yaxşı bilir.
O, müxalifət liderlərini yenidən meydana çağıraraq, “Aradan çıxmayın, meydana çıxın, görüm neçə nəfərsiniz”, mesajını verib.
Paşinyan əlavə edib ki, əgər belə bir qarşıdurma yaranarsa, özü də həmin insanların önündə olacaq və o zaman hər kəs əsl inqilabın nə olduğunu görəcək.
21:49 / 27 Sentyabr 2026
5
21:30 / 27 Sentyabr 2026
80
21:29 / 27 Sentyabr 2026
31
21:12 / 27 Sentyabr 2026
56
21:06 / 27 Sentyabr 2026
46
21:00 / 27 Sentyabr 2026
120
20:59 / 27 Sentyabr 2026
51
20:47 / 27 Sentyabr 2026
168
20:38 / 27 Sentyabr 2026
62
20:30 / 27 Sentyabr 2026
53
20:06 / 27 Sentyabr 2026
241
19:57 / 27 Sentyabr 2026
55
19:46 / 27 Sentyabr 2026
123
19:40 / 27 Sentyabr 2026
354
19:37 / 27 Sentyabr 2026
60
19:36 / 27 Sentyabr 2026
63
19:05 / 27 Sentyabr 2026
56
18:44 / 27 Sentyabr 2026
69
18:25 / 27 Sentyabr 2026
72
17:14 / 27 Sentyabr 2026
68
17:08 / 27 Sentyabr 2026
66
16:51 / 27 Sentyabr 2026
72
16:45 / 27 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.