Küləkli hava nə vaxtadək davam edəcək?
28 İyul 2026, 10:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
632
17.06.2026, 18:07
Milli Məclisin sədri Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşüb.
Oxu24.com xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.
Görüşdə ABŞ-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, iki ölkə arasında əlaqələr son dövrlərdə yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmət, ortaq maraqlar, sülh, təhlükəsizlik və tərəqqiyə xidmət edən əsaslar üzərində qurulub.
Milli Məclisin sədri Birləşmiş Ştatlar və Prezident Donald Trampın regionda sülh və sabitliyin dəstəklənməsindəki roluna toxunaraq, bu çərçivədə Vaşinqton sammiti və onun uğurlu nəticələrini qeyd edib.
Bildirilib ki, Azərbaycan Milli Məclisində bununla bağlı xüsusi sessiya təşkil olunub.
Söhbət zamanı Vaşinqtonda sülh sazişinin paraflanmasının və üçtərəfli Birgə Bəyannamənin imzalanmasının regionda sülh və sabitliyin bərpa olunması baxımından mühüm əhəmiyyəti vurğulanıb. Eyni zamanda, TRIPP dəhlizinin regional nəqliyyat bağlantılarının inkişafı, regionda sülh və əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verəcəyi bildirilib.
Spiker Prezident İlham Əliyevin Vaşinqtona son səfərlərinin, Azərbaycan dövlət başçısının Prezident Donald Trampla görüşlərinin ikitərəfli əlaqələrin inkişafı baxımından tarixi əhəmiyyətini diqqətə çatdırıb.
Həmçinin Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanmasının münasibətlərimizin daha da genişləndirilməsi baxımından mühüm rolu qeyd olunub.
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan parlamentinin spikerini ABŞ Konqresində görmək arzusunu dilə gətirib.
Söhbət zamanı Abraham Hamade ABŞ-Azərbaycan əlaqələrinin əhəmiyyətinə toxunaraq, hazırda münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafını qeyd edib. O, Azərbaycanın həm coğrafi mövqeyi, həm də beynəlxalq əməkdaşlıqda oynadığı rol baxımından xüsusi əhəmiyyət kəsb edən ölkə olduğunu söyləyib.
Qonaq həmçinin regionda sülhün möhkəmləndiyini vurğulayıb və Azərbaycanla Ermənistan arasında sülhün əhəmiyyətinə toxunub.
Spiker Sahibə Qafarova söhbət zamanı Prezident Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memorandumun imzalanmasını yüksək qiymətləndirərək deyib ki, bu, ölkələr arasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlığın asanlaşdırılmasına xidmət edir.
10:14 / 28 İyul 2026
1
10:07 / 28 İyul 2026
23
09:55 / 28 İyul 2026
29
09:46 / 28 İyul 2026
43
09:36 / 28 İyul 2026
50
09:18 / 28 İyul 2026
60
09:13 / 28 İyul 2026
63
09:11 / 28 İyul 2026
55
09:08 / 28 İyul 2026
63
09:04 / 28 İyul 2026
58
09:02 / 28 İyul 2026
58
01:50 / 28 İyul 2026
99
01:15 / 28 İyul 2026
90
23:44 / 27 İyul 2026
184
23:18 / 27 İyul 2026
164
22:44 / 27 İyul 2026
97
22:24 / 27 İyul 2026
96
21:47 / 27 İyul 2026
192
21:29 / 27 İyul 2026
111
20:50 / 27 İyul 2026
97
20:19 / 27 İyul 2026
123
20:00 / 27 İyul 2026
132
19:59 / 27 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.