Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - FOTO
06 Sentyabr 2026, 14:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
526
17.06.2026, 17:22
Milli Məclisin sədri Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşüb.
Bu barədə Oxu24.com-a Milli Məclisdən məlumat verilib.
Görüşdə ABŞ-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, iki ölkə arasında əlaqələr son dövrlərdə yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmət, ortaq maraqlar, sülh, təhlükəsizlik və tərəqqiyə xidmət edən əsaslar üzərində qurulub.
Milli Məclisin sədri Birləşmiş Ştatlar və Prezident Donald Trampın regionda sülh və sabitliyin dəstəklənməsindəki roluna toxunaraq, bu çərçivədə Vaşinqton sammiti və onun uğurlu nəticələrini qeyd edib.
Bildirilib ki, Azərbaycan Milli Məclisində bununla bağlı xüsusi sessiya təşkil olunub.
Söhbət zamanı Vaşinqtonda sülh sazişinin paraflanmasının və üçtərəfli Birgə Bəyannamənin imzalanmasının regionda sülh və sabitliyin bərpa olunması baxımından mühüm əhəmiyyəti vurğulanıb. Eyni zamanda, TRIPP dəhlizinin regional nəqliyyat bağlantılarının inkişafı, regionda sülh və əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verəcəyi bildirilib.
Spiker Prezident İlham Əliyevin Vaşinqtona son səfərlərinin, Azərbaycan dövlət başçısının Prezident Donald Trampla görüşlərinin ikitərəfli əlaqələrin inkişafı baxımından tarixi əhəmiyyətini diqqətə çatdırıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan parlamentinin spikerini ABŞ Konqresində görmək arzusunu dilə gətirib.
Söhbət zamanı Abraham Hamade ABŞ-Azərbaycan əlaqələrinin əhəmiyyətinə toxunaraq, hazırda münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafını qeyd edib. O, Azərbaycanın həm coğrafi mövqeyi, həm də beynəlxalq əməkdaşlıqda oynadığı rol baxımından xüsusi əhəmiyyət kəsb edən ölkə olduğunu söyləyib.
Qonaq həmçinin regionda sülhün möhkəmləndiyini vurğulayıb və Azərbaycanla Ermənistan arasında sülhün əhəmiyyətinə toxunub.
Spiker Sahibə Qafarova söhbət zamanı Prezident Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memorandumun imzalanmasını yüksək qiymətləndirərək deyib ki, bu, ölkələr arasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlığın asanlaşdırılmasına xidmət edir.
Həmçinin oxuyun
14:35 / 06 Sentyabr 2026
1
14:16 / 06 Sentyabr 2026
19
14:14 / 06 Sentyabr 2026
22
14:00 / 06 Sentyabr 2026
25
13:25 / 06 Sentyabr 2026
28
12:50 / 06 Sentyabr 2026
55
12:45 / 06 Sentyabr 2026
55
12:42 / 06 Sentyabr 2026
486
12:14 / 06 Sentyabr 2026
63
12:10 / 06 Sentyabr 2026
61
12:05 / 06 Sentyabr 2026
62
12:00 / 06 Sentyabr 2026
64
12:00 / 06 Sentyabr 2026
63
11:49 / 06 Sentyabr 2026
73
11:33 / 06 Sentyabr 2026
446
11:29 / 06 Sentyabr 2026
66
10:55 / 06 Sentyabr 2026
207
10:49 / 06 Sentyabr 2026
69
10:42 / 06 Sentyabr 2026
62
10:39 / 06 Sentyabr 2026
67
10:34 / 06 Sentyabr 2026
72
02:06 / 06 Sentyabr 2026
80
23:59 / 05 Sentyabr 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.