Bu ərazilərdə qaz olmayacaq
07 Sentyabr 2026, 09:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
521
17.06.2026, 20:34
YUNESKO-nun direktoru Xalid əl-Ənani ilə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında baş tutan rəsmi görüş və tərəfdaşlıq müzakirələri media məkanında geniş əks-səda doğurub. Görüşdə beynəlxalq qurumun sülhün təşviqi istiqamətində ölkəmizlə əməkdaşlığı davam etdirmək istəyi xüsusi qeyd olunub.
Bəs Qarabağın tarixi-mədəni irsinin bərpası və onun dünya miqyasında tanıdılması prosesində YUNESKO-nun real rolu nədən ibarət ola bilər? Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov məsələnin pərdəarxası məqamlarına işıq salıb.
“Təkliflərimizə müsbət cavab versələr də, dağıntılara göz yumdular"
Fikrət Sadıqov qeyd edib ki, Azərbaycanla YUNESKO arasında münasibətlərin çoxillik tarixi var və rəsmi Bakı bu illər ərzində təşkilat çərçivəsində kifayət qədər qətiyyətli siyasi iradə nümayiş etdirib:
“Biz əslində uzun illər ərzində YUNESKO ilə əməkdaşlıq edirik və bir çox məsələlərin həlli ilə bağlı bizim çox iradəli addımlarımız da olub. YUNESKO bizim tərəfimizdən qaldırılan bir sıra məsələlərlə bağlı qərarlar qəbul edib, rəsmi razılıqlar verib. Təkliflərimizə müəyyən müsbət reaksiyalar göstərilib”.
Lakin professor təşkilatın keçmiş fəaliyyətindəki ikili standartları və passivliyi də sərt tənqid edib. O, xüsusilə işğaldan azad edilmiş ərazilərdəki mədəni soyqırıma beynəlxalq səviyyədə vaxtında reaksiya verilmədiyini diqqətə çatdırıb:
“Amma eyni zamanda, uzun müddət ərzində, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən mədəniyyətimizə vurulan zərbələrə, dağıdılan və ziyan vurulan obyektlərimizə gəlib ziyarət etmədilər, baxmadılar”.
Münasibətlərdə yeni mərhələ: “Əsas şərt obyektivlik və məntiqdir”
Nazir Adil Kərimli ilə keçirilən son görüşün gələcək perspektivlərinə toxunan politoloq, bu təmasların yeni bir səhifə aça biləcəyini istisna etməyib. Onun sözlərinə görə, rəsmi Bakı bu mərhələdən maksimum nəticə əldə etməlidir, lakin qarşı tərəf də siyasi qərəzdən uzaq durmalıdır:
“Çox güman ki, bizim rəsmilərimizin YUNESKO rəhbərliyi ilə görüşündən sonra yeni bir mərhələ yaranacaq. Sadəcə olaraq, bu əməkdaşlıq tamamilə obyektivlik və məntiq əsasında, eləcə də bu prinsiplərin naminə qurulmalıdır”.
“Azərbaycan diplomatiyası hücum taktikasına keçməlidir"
Professor Fikrət Sadıqov vurğulayıb ki, YUNESKO-nun Qarabağdakı real bərpa prosesində iştirakı və tarixi həqiqətləri qəbul etməsi təkcə beynəlxalq təşkilatın istəyindən yox, həm də Azərbaycan tərəfinin göstərəcəyi aktivlikdən asılı olacaq. Ölkəmizin aidiyyəti qurumları prosesi daim nəzarətdə saxlamalıdır.
“Bundan sonra proseslərin inkişafı, əlbəttə ki, bizim hücumedici addımlarımızdan çox asılı olacaq. Çünki bizim rəsmi nümayəndələrimiz, nazirlərimiz bu istiqamətdə daim fəaliyyətdə olmalıdırlar, geri çəkilməməlidirlər”,-deyə professor qeyd edib.
Politoloq şərhinin sonunda vurğulayıb ki, Qarabağın mədəni irsinin beynəlxalq müstəvidə tanıdılması üçün YUNESKO mühüm tribunadır, lakin bu tribunadan səmərəli istifadə etmək üçün Azərbaycanın mədəniyyət diplomatiyası daha dinamik və tələbkar strategiya yürütməlidir.
Çimnaz Telmanqızı
09:25 / 07 Sentyabr 2026
1
09:15 / 07 Sentyabr 2026
18
09:11 / 07 Sentyabr 2026
20
00:42 / 07 Sentyabr 2026
55
23:52 / 06 Sentyabr 2026
227
23:31 / 06 Sentyabr 2026
77
23:02 / 06 Sentyabr 2026
131
22:35 / 06 Sentyabr 2026
87
22:00 / 06 Sentyabr 2026
101
21:24 / 06 Sentyabr 2026
91
21:14 / 06 Sentyabr 2026
76
21:10 / 06 Sentyabr 2026
80
21:00 / 06 Sentyabr 2026
117
20:32 / 06 Sentyabr 2026
73
20:25 / 06 Sentyabr 2026
95
20:15 / 06 Sentyabr 2026
81
19:58 / 06 Sentyabr 2026
76
19:44 / 06 Sentyabr 2026
112
18:50 / 06 Sentyabr 2026
88
18:40 / 06 Sentyabr 2026
90
18:15 / 06 Sentyabr 2026
106
15:39 / 06 Sentyabr 2026
1957
14:35 / 06 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.