Mühüm qərar 10 noyabrdan QÜVVƏYƏ MİNDİ
10 Noyabr 2026, 18:02
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3417
17.06.2026, 16:04
Xəbər verdiyimiz kimi,bu gün Prezident İlham Əliyev bir sıra səhiyyə işçilərini təltif edib.
Onların arasında Kazımi Mircəlal Mirkazım oğlu da var. O,“Tərəqqi” medalı ilə təltif edilib.
Oxu24.com xəbər verir ki,Mircəlal Kazımi 1977-ci il aprelin 7-də Bakı şəhərində həkim ailəsində anadan olub.
1994-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olub, 2000-ci ildə buranı bitirib.
2000–2001-ci ildə M. Nağıyev adına TTYX-da ümumi cərrahiyyə ixtisası üzrə internatura keçərək ümumi cərrah ixtisasını alıb.
2004–2009-cu illərdə Türkiyənin Ege Universitetində tibb fakulətsinin ümumi cərrahiyyə və orqan transplantasiyası kafedrasında təhsil alıb.
2009–2010-cu illərdə İzmir şəhəri, "Kent" xəstəxanasında qaraciyər transplantasiyası, 2012-ci ildə Cənubi Koreya, Seul şəhəri, "Asan Medical Center"-də , hepatobiliyar cərrahiyyə və qaraciyər transplantasiyası proqramı üzrə təlimlərdə iştirak edib.
14.09.2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəxri fərmanı, 2016-cı ildə Səhiyyə Nazırliyi tərəfindən "Səhiyyə Əlaçısı" döş nişanı və "Fəxri Fərman", Azərbaycan Dövlət Gömrük Komitəsinin 30 illiyi yubiley medalı, Azərbaycan Dövlət Gömrük Komitəsinin "Fəxri Fərman"-ları ilə təltif edilib.
Mircəlal Kazımi xarici dövlətlərdə təhsil almış azərbaycanlı həkimləri işə dəvət edərək, onlara orqan transplantasiyası sahəsində təlimlər keçmiş və orqan transplantasiyası sahəsində Azərbaycanın ilk milli komandasını yaradıb. Həkim və tibb bacılarının bu sahədə Türkiyə Respublikasında təhsil almalarını təşkil edib. O Azərbaycanda orqan transplantasiyası sahəsində həkimlərin, həkim-rezidentlərin və tibb personalının yetişməsində fəaliyyətləri ilə tanınır.
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan respublikası qanununun yenilənməsi zamanı Milli Məclisdə yaradılan işçi qrupunun üzvü olmuş və bu işdə yaxından iştirak edib.
Hazırladı: Miri Məcidli
18:04 / 10 Noyabr 2026
7
18:02 / 10 Noyabr 2026
59
17:54 / 10 Noyabr 2026
46
17:42 / 10 Noyabr 2026
67
17:35 / 10 Noyabr 2026
74
17:16 / 10 Noyabr 2026
268
17:10 / 10 Noyabr 2026
103
17:06 / 10 Noyabr 2026
152
16:55 / 10 Noyabr 2026
477
16:47 / 10 Noyabr 2026
89
16:41 / 10 Noyabr 2026
85
16:35 / 10 Noyabr 2026
142
16:21 / 10 Noyabr 2026
149
16:12 / 10 Noyabr 2026
238
15:58 / 10 Noyabr 2026
125
15:44 / 10 Noyabr 2026
228
15:34 / 10 Noyabr 2026
359
15:31 / 10 Noyabr 2026
103
15:25 / 10 Noyabr 2026
144
15:22 / 10 Noyabr 2026
119
14:58 / 10 Noyabr 2026
3691
14:55 / 10 Noyabr 2026
696
14:48 / 10 Noyabr 2026
645
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.