DİQQƏT - Sabah bu kəndlərdə qaz kəsiləcək
08 İyul 2026, 10:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
461
17.06.2026, 19:54
Məlum olduğu kimi, regional halal dəyər zəncirlərinin formalaşmasında Azərbaycanın potensial rolu və bu sahədəki gələcək inkişaf perspektivləri beynəlxalq səviyyədə müzakirə olunur.
Oxu24.com xəbər verir ki, Kuala-Lumpurda yerləşən İslam İnkişaf Bankının (IsDB) Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi İİB Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsində təşkil olunan Halal Forumda çıxışı zamanı mühüm bəyanatla çıxış edib. S.Elesavi bildirib ki, Azərbaycan halal iqtisadiyyatının inkişafına töhfə verə və regional halal dəyər zəncirlərinin formalaşmasında mühüm rol oynaya bilər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli Azərbaycanın halal iqtisadiyyat mərkəzinə çevrilməsi yolundakı imkanları, mövcud maneələri və atılmalı olan zəruri addımları şərh edib.
Halal iqtisadiyyat nədir və Azərbaycanda ümumi vəziyyət necədir?
Ekspert ilk növbədə "halal iqtisadiyyat" anlayışına aydınlıq gətirərək, bunun dini standartlara və tələblərə uyğun qurulmuş bir sistem olduğunu vurğulayıb. Xalid Kərimli ölkədəki ümumi iqtisadi mənzərəyə tənqidi yanaşaraq qeyd edib:
“Bədbəxtçilik ondadır ki, ümumiyyətlə Azərbaycanda iqtisadiyyat zəifdir. Ümumi iqtisadi sistemin gücləndirilməsinə ehtiyac var”.
Bununla belə, iqtisadçı ölkənin bu sahədə ciddi potensialının olduğunu və bu potensialın uzun illərdir mövcudluğunu qeyd edib:
“Ölkənin bu istiqamətdə artıq 30 ildir ki, potensialı var. Bunun gələcəkdə necə reallaşacağını isə zaman göstərəcək.
Azərbaycan Avropa ilə Asiyanı birləşdirən strateji coğrafi məkanda yerləşir ki, bu da regional qovşaq (hab) olmaq üçün böyük üstünlükdür.
Xüsusilə ət və quşçuluq sahəsi, süd məhsulları, eləcə də meyvə-tərəvəz istiqamətində ölkənin halal istehsal zəncirinə qoşulmaq imkanları genişdir”.
Xalid Kərimli eyni zamanda vurğulayıb ki, Azərbaycanın İslam dünyası və müsəlman ölkələri ilə mövcud sıx əlaqələri, yerli halal məhsulların həmin bazarlara çıxarılması üçün əlverişli imkanlar formalaşdırır:
“Qarabağ müharibəsinin başa çatması və torpaqların azad olunması ümumi iqtisadi potensialı daha da artırır. Bu regionlar da halal iqtisadiyyat proseslərinə və istehsala cəlb oluna bilər”.
Xalid Kərimli halal iqtisadiyyatın formalaşması və beynəlxalq bazarlara inteqrasiya qarşısında dayanan ciddi çətinlikləri də sadalayıb. Ekspertin sözlərinə görə, məhsulu sadəcə halal üsulla hazırlamaq kifayət deyil, onun beynəlxalq səviyyədə tanınan sertifikatı olmalıdır:
“Bunun üçün sadəcə “get sertifikat al” deməklə iş bitmir. İstehsal tamamilə həmin standartlar üzərində qurulmalıdır. Ölkədə müvafiq akkreditasiyadan keçmiş normal laboratoriya sistemi olmalıdır ki, halal istehsal etdiyin rəsmən sübut və güman edilsin. “Halal” sözünü sadəcə məhsulun üstünə yapışdırmaqla iş bitmir. Azərbaycanın bu sahədə qarşılaşacağı rəqiblər zəif ölkələr deyil. Türkiyə, İndoneziya və Malayziya kimi dövlətlər halal istehsal sahəsində dünyada nəhəng və çox güclü mövqeyə malikdirlər.
Azərbaycanın strateji mövqeyi olsa da, mövcud geosiyasi vəziyyət bu üstünlükdən tam yararlanmağa imkan vermir. Belə ki, Şərq-Qərb dəhlizi hələ tam istənilən səviyyədə effektiv fəaliyyət göstərmir. Şimal-Cənub nəqliyyat dəhlizində ciddi problemlər var; regionda müharibələr gedir, cənubda İran, şimalda isə Rusiya sanksiyalar altındadır.
Ermənistanla hələ də tam regional əlaqələr formalaşmayıb”.
Halal biznes qurmaq və onu inkişaf etdirmək üçün sistemə "halal vəsaitlər" cəlb olunmalıdır. Ekspert vurğulayır ki, Azərbaycanda İslam maliyyəsi (İslam bankçılığı) istənilən səviyyədə inkişaf etməyib. Bu istiqamətdə qanunvericilik aktlarının hazırlanması, lisenziyaların və icazələrin verilməsi barədə danışıqlar aparılsa da, real inkişaf hələ ki, gözə dəymir. İslam şərtlərinə uyğun pul cəlbi olmadan bu iqtisadiyyatı qurmaq çətindir.
Xalid Kərimli sonda qeyd edib ki, Azərbaycanın regional halal iqtisadiyyat mərkəzinə çevrilməsi üçün potensial mövcud olsa da, bunun reallaşması istiqamətində hələ görülməli çox iş var. Standartlaşdırmadan tutmuş maliyyə və logistika infrastrukturunun qurulmasına qədər köklü islahatlar aparılmalıdır.
Çimnaz Telmanqızı
10:23 / 08 İyul 2026
1
10:11 / 08 İyul 2026
36
10:08 / 08 İyul 2026
35
09:56 / 08 İyul 2026
59
01:00 / 08 İyul 2026
191
00:44 / 08 İyul 2026
219
00:07 / 08 İyul 2026
310
23:38 / 07 İyul 2026
156
23:27 / 07 İyul 2026
170
23:03 / 07 İyul 2026
178
22:44 / 07 İyul 2026
180
22:33 / 07 İyul 2026
190
22:25 / 07 İyul 2026
167
21:41 / 07 İyul 2026
184
21:07 / 07 İyul 2026
153
20:33 / 07 İyul 2026
153
20:23 / 07 İyul 2026
135
20:01 / 07 İyul 2026
134
19:57 / 07 İyul 2026
150
19:44 / 07 İyul 2026
145
19:22 / 07 İyul 2026
137
18:58 / 07 İyul 2026
149
18:26 / 07 İyul 2026
151
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.