Avtomobil kondisioneri adamı zəhərləyir? - VİDEO
28 İyul 2026, 01:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
581
17.06.2026, 18:16
17 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeyi qəbul edib.
XİN-dən Oxu24.com -a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri, eləcə də Cənubi Qafqazda postmünaqişə dövründə mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov ötən ilin avqustunda Vaşinqtonda keçirilmiş Sammitin ikitərəfli və regional əlaqələrdə əhəmiyyətini vurğulayaraq, sammit çərçivəsində əldə olunmuş tarixi razılaşmaların iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət etdiyini qeyd edib. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm əsas yaratdığı bildirilib.
Bununla yanaşı, ilk dəfə olaraq Azərbaycan–ABŞ İqtisadi Əməkdaşlıq Dialoqunun keçirildiyi, ticarət, investisiyalar, enerji, nəqliyyat, rəqəmsal inkişaf və digər sahələri əhatə edən 10 əməkdaşlıq sənədinin imzalandığı diqqətə çatdırılıb.
Görüşdə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsinə və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəssiz bağlantıların yaradılmasına xidmət edəcək TRIPP layihəsinin reallaşdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunarkən, ikitərəfli əməkdaşlıqda məhdudiyyətlərin aradan qaldırılmasının əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, ABŞ-ın Azərbaycana dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişin tamamilə ləğvinin iki ölkə arasında strateji tərəfdaşlığın ruhuna uyğun olacağı, təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat və regional sabitlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib. Bildirilib ki, sözügedən düzəliş öz mahiyyətinə görə köhnəlmiş yanaşmanı əks etdirir və mövcud geosiyasi reallıqlar, eləcə də Azərbaycan-ABŞ tərəfdaşlığının səviyyəsi ilə uzlaşmır.
Nazir Azərbaycanın uzun illərdir Avropanın və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən bəhs edərək, ölkəmizin ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib. Bu istiqamətdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq imkanlarının geniş olduğu vurğulanıb.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin və ölkəmizin Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsinin strateji əhəmiyyəti vurğulanaraq, C6 formatında əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi də müzakirə olunub. Nazir Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
01:50 / 28 İyul 2026
53
01:15 / 28 İyul 2026
52
23:44 / 27 İyul 2026
136
23:18 / 27 İyul 2026
143
22:44 / 27 İyul 2026
77
22:24 / 27 İyul 2026
73
21:47 / 27 İyul 2026
167
21:29 / 27 İyul 2026
90
20:50 / 27 İyul 2026
82
20:19 / 27 İyul 2026
107
20:00 / 27 İyul 2026
119
19:59 / 27 İyul 2026
94
19:46 / 27 İyul 2026
606
19:30 / 27 İyul 2026
133
19:15 / 27 İyul 2026
100
19:13 / 27 İyul 2026
118
19:02 / 27 İyul 2026
105
18:48 / 27 İyul 2026
1030
18:45 / 27 İyul 2026
125
18:33 / 27 İyul 2026
92
18:30 / 27 İyul 2026
957
18:22 / 27 İyul 2026
93
18:20 / 27 İyul 2026
2888
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.