Şəkidə iki avtomobil toqquşdu: 4 nəfər xəstəxanalıq oldu - FOTO
23 İyul 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
8441
24.05.2026, 17:50
Deputat Günay Ağamalının efirdən uşaqpulu haqda səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. Əksəriyyət bu fikrə görə deputatı tənqid edir. G.Ağamalı efirdən deyib ki, uşaqpulu verilməməlidir. Onun məntiqinə görə, uşaqpulu bərpa edilsə, bu, ailələrdə tənbəllik yaradar, dövlətə arxayınlıq çoxlar və s.
İllərdir bu mövzuda intensiv müzakirələr gedir. Əksəriyyət dövlətin uşaqpulu verməli olduğunu deyir. Bunun əksini söyləyənlər isə ictimai qınaqla üzləşir.
Bəs deputatın mövqeyi nə dərəcədə doğrudur? Uşaqpulu bərpa olunmalıdırmı?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan sosioloq Mail Yaqub bildirib ki, deputatın yanaşması tamamilə yanlışdır:
“Bu məntiqlə yanaşsaq, yüksək gəlirli insanlar ən tənbəl şəxslər olmalı idilər. Halbuki reallıq tam əksini göstərir. Gəliri yüksək olan insanların əksəriyyəti daha çox çalışan, daha aktiv və təşəbbüskar şəxslərdir. Buna görə də “uşaqpulu insanları tənbəlləşdirir” arqumenti nə iqtisadi, nə də sosial baxımdan ciddi əsaslara söykənmir”.
Sosioloqun sözlərinə görə, verilən uşaqpulu ailələrdə valideynləri işləməkdən çəkindirəcək həcmdə deyil:
“Bu iddia daha çox populist və məntiqsiz yanaşma təsiri bağışlayır. Əksinə, uşaqpulunun verilməsi bu gün Azərbaycan üçün vacib məsələlərdən biridir. Çünki son illərdə ölkədə əhali artım tempinin zəiflədiyi müşahidə olunur. Bu tendensiya davam edərsə, 30-40 ildən sonra Azərbaycan da hazırda bir sıra Avropa ölkələrinin üzləşdiyi demoqrafik problemlərlə qarşılaşa bilər. Yaşlanan əhali, əmək qabiliyyətli insanların sayının azalması və sosial yükün artması kimi risklər ortaya çıxmış olar”.
Mail Yaqub Milli Məclisdə müzakirə olunan təklifə də münasibət bildirib:
“Parlamentdə çoxuşaqlı ailə modelində minimum uşaq sayının beşdən üçə endirilməsi ilə bağlı müzakirələr aparılır və bu, müsbət addımdır. Belə təşviq mexanizmləri ailələri daha çox uşaq sahibi olmağa həvəsləndirə bilər. Uşaqpulu da həmin sosial siyasətin əsas elementlərindən biridir. Bu, sadəcə sosial yardım məsələsi deyil, həm də uzunmüddətli demoqrafik və iqtisadi təhlükəsizlik məsələsidir. Uşaqpullarının verilməsi vacibdir”.
Globalinfo.az xatırladır ki, Günay Ağamalı deputat mandatına sahibləndikdən sonra cəmiyyətə faydalı, vətəndaşlar tərəfindən rəğbətlə qarşılanan bir təkliflə çıxış etməyib. Əksinə, onun vaxtaşırı bu cür qalmaqallı fikirləri cəmiyyəti daha da qıcıqlandırır və hökumətdən narazı salır. İnsanlar haqlı olaraq soruşur: belə birinin Milli Məclis kimi mötəbər bir qurumda nə işi var? Aldığı yüksək maaşı haqq edirmi? Deputat kimi göstərdiyi fəaliyyətlə hər ay aldığı məvacib niyə bu qədər tərs mütənasibdir?
Bir sualı da biz verək: təxribatçı fikirlər söylədiyi və cəmiyyətdə qarşıdurma yaratmağa təşəbbüs göstərdiyi üçün Günay Ağamalı deputat mandatından məhrum edilər bilər?
23:40 / 23 İyul 2026
51
23:19 / 23 İyul 2026
43
22:37 / 23 İyul 2026
72
22:15 / 23 İyul 2026
70
21:57 / 23 İyul 2026
77
21:39 / 23 İyul 2026
72
21:26 / 23 İyul 2026
86
20:51 / 23 İyul 2026
82
20:18 / 23 İyul 2026
84
19:33 / 23 İyul 2026
90
19:13 / 23 İyul 2026
97
19:09 / 23 İyul 2026
90
18:57 / 23 İyul 2026
87
18:37 / 23 İyul 2026
95
17:59 / 23 İyul 2026
116
17:45 / 23 İyul 2026
87
17:35 / 23 İyul 2026
108
17:25 / 23 İyul 2026
96
17:12 / 23 İyul 2026
129
17:04 / 23 İyul 2026
319
17:00 / 23 İyul 2026
93
16:58 / 23 İyul 2026
115
16:53 / 23 İyul 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.