Taksi sürücülərinə şad xəbər
12 Avqust 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
564
24.05.2026, 09:04
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.
DİM-dən Oxu24.com-a bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 231 imtahan binası, 4206 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 231 ümumi imtahan rəhbəri, 665 imtahan rəhbəri, 5211 nəzarətçi, 762 buraxılış rejimi əməkdaşı, 231 bina nümayəndəsi cəlb olunub.
II ixtisas qrupu üzrə imtahanda 28 min 507, III ixtisas qrupu üzrə imtahanda isə 28 min 340 nəfər olmaqla, ümumilikdə 56 min 847 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 82 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
23:59 / 12 Avqust 2026
37
23:40 / 12 Avqust 2026
60
23:03 / 12 Avqust 2026
63
22:50 / 12 Avqust 2026
68
22:15 / 12 Avqust 2026
77
22:04 / 12 Avqust 2026
69
21:53 / 12 Avqust 2026
81
21:19 / 12 Avqust 2026
114
21:12 / 12 Avqust 2026
82
21:02 / 12 Avqust 2026
89
21:00 / 12 Avqust 2026
611
20:44 / 12 Avqust 2026
70
20:33 / 12 Avqust 2026
501
20:19 / 12 Avqust 2026
93
20:18 / 12 Avqust 2026
345
20:16 / 12 Avqust 2026
75
20:14 / 12 Avqust 2026
79
19:45 / 12 Avqust 2026
75
19:40 / 12 Avqust 2026
86
19:15 / 12 Avqust 2026
85
19:05 / 12 Avqust 2026
1480
19:00 / 12 Avqust 2026
89
18:55 / 12 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.