Zaur Kamal qəzaya uğradı
04 İyul 2026, 15:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1536
23.05.2026, 00:16
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Deputatın “uşaqpulu valideynlərdə tənbəllik yarada bilər” açıqlaması sosial şəbəkələrdə və ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
Günay Ağamalı bildirib ki, hazırda ailələrə müxtəlif sosial müavinətlər təqdim olunur və müəyyən mənada uşaqpulu həmin sosial dəstək mexanizmləri çərçivəsində əhatə olunur. Onun sözlərinə görə, ölkədə uşaqpulunun tətbiqi hazırkı mərhələdə geniş ictimai tələb kimi gündəmdə deyil. Deputat hesab edir ki, ailələr övlad dünyaya gətirərkən yalnız dövlət dəstəyinə arxalanmamalıdır və uşaqpulunun tətbiqi bəzi hallarda valideynlərdə asılılıq və tənbəllik yarada bilər.
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən prodüser Tarix Əliyev (Tolik) deputatın fikirlərini tənqid edərək bildirib ki, Günay Ağamalının atası da uzun illər dövlətə və parlamentə xidmət göstərib:
“Amma bu gün Günay xanımın açıqlaması cəmiyyət tərəfindən, hətta bir çox ziyalılar tərəfindən də aqressiv qəbul olunur. Mənim bildiyimə görə, Azərbaycanda 125 millət vəkili var və onların maaşları təxminən 7000 manat və daha yüksəkdir. Bu isə dövlət büdcəsindən aylıq böyük məbləğlərin ayrılması deməkdir. İllik hesablamada milyonlarla manat yalnız deputat maaşlarına gedir. Olmazdımı ki, Günay xanımın timsalında bəzi deputatlar öz maaşlarının bir hissəsindən imtina edib aztəminatlı ailələrə dəstək göstərsinlər?”
Tarix Əliyev qeyd edib ki, bütün ölkəni əhatə etmək mümkün olmasa belə, bölgələrdə elə ailələr var ki, övladlarının 50 manata belə ehtiyacı var:
“Həmin uşaqlar böyüyüb bu ölkəyə xidmət edəcək, əsgər gedəcəklər. Amma Günay xanımın övladı xaricdə təhsil alır, bəlkə də əsgərliyə belə getməyəcək. Deputatlar xalqın səsini danışmalı, televiziyada və parlamentdə xalqın problemlərini dilə gətirməlidirlər. Əgər Günay Ağamalı yalnız öz rahatlığını düşünürsə, anlamalıdır ki, minimum əməkhaqqı ilə ailə dolandırmaq bu gün çox çətindir”.
Prodüser “uşaqpulu verilərsə insanlar tənbəlləşər” fikri ilə razılaşmadığını da vurğulayıb:
“İnsanlar tənbəlləşmir, sadəcə yaşamaq üçün dəstəyə ehtiyac duyurlar. Məncə, elə onun kimi deputatlar tənbəlləşir. Efirdə çıxışı da mətndən oxuyurdu”.
Tarix Əliyevin sözlərinə görə, xalqın seçdiyi millət vəkili xalqın sözünü deməli, sosial problemlərdən xəbərdar olmalı və həssas mövzulara daha ehtiyatla yanaşmalıdır. O qeyd edib ki, uşaqpulu məsələsi real ehtiyacdan doğur və bu ehtiyacı tənbəllik kimi təqdim etmək doğru deyil:
“Xalq sosial ədalət gözləyir. Deputatlar isə xalqın içindəki problemləri görüb həll yolları təklif etməlidirlər. İnsanlara yardım etmək əvəzinə onları qınamaq nə məntiqə, nə də humanizmə sığır”.
15:03 / 04 İyul 2026
1
15:02 / 04 İyul 2026
8
14:24 / 04 İyul 2026
30
14:16 / 04 İyul 2026
56
14:13 / 04 İyul 2026
57
14:08 / 04 İyul 2026
47
12:38 / 04 İyul 2026
70
12:25 / 04 İyul 2026
577
12:23 / 04 İyul 2026
68
12:14 / 04 İyul 2026
755
12:11 / 04 İyul 2026
103
12:00 / 04 İyul 2026
77
11:54 / 04 İyul 2026
99
11:47 / 04 İyul 2026
112
11:33 / 04 İyul 2026
69
11:26 / 04 İyul 2026
789
11:11 / 04 İyul 2026
1172
10:26 / 04 İyul 2026
108
00:41 / 04 İyul 2026
299
00:04 / 04 İyul 2026
360
23:51 / 03 İyul 2026
741
23:45 / 03 İyul 2026
145
23:37 / 03 İyul 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.