Ətin qiyməti 39 manata QALXDI
22 May 2026, 16:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
164
22.05.2026, 15:55
Paytaxt Bakının illərdir həllini tapmayan ən ağrılı problemlərindən biri ictimai nəqliyyatda sərnişin sıxlığı, avtobusların interval gecikmələri və sürücülərin “plan doldurmaq” uğrunda apardıqları təhlükəli yarışlar tezliklə tarixə qovuşa bilər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda fərqli ictimai nəqliyyat növlərini bir-birinə inteqrasiya edəcək yeni gedişhaqqı sistemini və köklü islahat hesab olunan “Brutto müqaviləsi” (Gross Cost Contract) modelini tətbiq etməyə hazırlaşır.
Yeni iqtisadi modelin mahiyyəti, onun paytaxt küçələrindəki xaosa son qoyub-qoymayacağı və islahatın uğur şərtləri barədə nəqliyyat eksperti Adil Nəbiyev Oxu24.com-a açıqlamasında geniş bəhs edib.
Hazırda qüvvədə olan sistemdə daşıyıcı şirkətlərin və dolayısı ilə sürücülərin əsas gəliri birbaşa daşınan sərnişin sayından formalaşır. Ekspert Adil Nəbiyev bildirir ki, bu zəncirvari sistem praktikada çox təhlükəli və xaotik nəticələr yaradır:
“Mövcud sistemdə avtobus nə qədər çox sərnişin daşıyırsa, bir o qədər çox qazanır. Sürücülərin sərnişin uğrunda bir-biri ilə yarışması, dayanacaqdan kənar yerdə qəfil tormoz verib sərnişin götürməsi, yüksək sürətlə hərəkət etməsi, bir-birini ötməsi və qrafiki pozması məhz bu “plan” təzyiqindən qaynaqlanır. Sürücü dayanacağa tam çatmadan qapını açır və ya digər avtobusun qabağını kəsir. Çünki onun beynində yalnız bir fikir var: planı doldurmaq”.
Onun sözlərinə görə, “Brutto müqaviləsi” modeli bu zərərli iqtisadi asılılığı kökündən dəyişir. Yeni sistemdə dövlət (və ya nəqliyyat qurumu) operatora xidmət sifariş edir. Daşıyıcı şirkətə ödəniş sərnişin sayına görə deyil, marşrut üzrə qət edilən kilometrə görə edilir. Avtobusun içində 5 nəfərin və ya 50 nəfərin olmasından asılı olmayaraq, şirkət qrafikə uyğun sürdüyü hər kilometr üçün öz pulunu alacaq.
A.Nəbiyevin sözlərinə görə, bu modelin ən böyük üstünlüklərindən biri sürücülərin üzərindəki psixoloji yükün aradan qalxmasıdır:
“Qazanc hər dayanacaqdan neçə nəfər götürülməsindən asılı olmadığı üçün küçə yarışları və aqressiv idarəetmə minimuma enəcək. Hazırda tez-tez rast gəlinən “iki avtobusun ard-arda gəlməsi, sonra isə 20 dəqiqə avtobus tapılmaması” problemi aradan qalxacaq. Çünki sürücü sərnişin toplamaq üçün süni şəkildə yubanmayacaq, vaxt qrafikinə dəqiq əməl etməyə məcbur olacaq”.
Ekspert dünya təcrübəsinə də toxunub:
“London, Berlin və İstanbul kimi meqapolislərdə ictimai nəqliyyat məhz bu prinsiplə işləyir. Orada əsas meyar sərnişin uğrunda mübarizə deyil, göstərilən xidmətin keyfiyyətidir”.
Ekspert xəbərdarlıq edir ki, “Brutto müqaviləsi” sehrli çubuq deyil və təkbaşına bütün problemləri avtomatik həll edə bilməz. Sistemin kağız üzərində qalmaması üçün paralel olaraq bu mexanizmlər mütləq şəkildə qurulmalıdır:
1.GPS üzərindən daimi interval monitorinqi aparılmalı, qrafiki pozan şirkətlər ciddi cərimələnməlidir.
2.Avtobusların kilometrajı vaxtında tamamlaması üçün xüsusi zolaqlara digər maşınların girməsi tam əngəllənməlidir.
3.Sürücülərin aqressiyası təkcə plandan yox, həm də ağır iş rejimindən və maaş azlığından qaynaqlanır. Onların iş saatları tənzimlənməlidir.
AYNA-nın bu islahat çərçivəsində planlaşdırdığı digər mühüm addım vahid gedişhaqqı sistemidir. Metro, avtobus və digər yerüstü nəqliyyat vasitələri arasında keçidlərin vahid kart və rahat tariflərlə inteqrasiya olunması sərnişinlərin işini yüngülləşdirəcək.
Ekspert qeyd edir ki, əgər bu zəncirvari islahat düzgün tətbiq olunarsa, insanlar şəxsi avtomobillərdən imtina edərək keyfiyyətli ictimai nəqliyyata üstünlük verəcəklər. Bu isə birbaşa olaraq Bakının qlobal problemi olan şəhər tıxaclarının azalmasına stimul yaradacaq.
Nəticə olaraq, “Brutto müqaviləsi” sadəcə bir maliyyə modeli deyil, paytaxt nəqliyyatında davranış və idarəetmə fəlsəfəsini dəyişən böyük bir addımdır. Sürücü özbaşınalığına tam son qoyulması isə tamamilə bu sistemin real sahədə necə ciddi idarə olunacağından və nəzarət mexanizminin sərtliyindən asılı olacaq.
Çimnaz Telmanqızı
16:28 / 22 May 2026
4
16:11 / 22 May 2026
106
15:47 / 22 May 2026
54
15:39 / 22 May 2026
59
15:28 / 22 May 2026
157
15:22 / 22 May 2026
96
15:21 / 22 May 2026
81
15:09 / 22 May 2026
66
14:57 / 22 May 2026
136
14:57 / 22 May 2026
75
14:48 / 22 May 2026
52
14:34 / 22 May 2026
77
14:13 / 22 May 2026
90
14:12 / 22 May 2026
64
14:09 / 22 May 2026
65
14:07 / 22 May 2026
69
14:06 / 22 May 2026
65
14:03 / 22 May 2026
90
14:02 / 22 May 2026
88
13:59 / 22 May 2026
83
13:58 / 22 May 2026
78
13:57 / 22 May 2026
79
13:56 / 22 May 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.