Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
11 Noyabr 2026, 16:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
727
21.05.2026, 15:43
“Mənim son müsahibəmdə qadınlarla bağlı dediyim fikirləri təəssüf ki, yarımçıq şəkildə “Qafqazinfo” saytının manşetinə çıxarıblar. Bu fikrə kontekstdə yanaşmaq lazımdır”.
Oxu24.com xəbər verir ki,bu sözləri Xalq yazıçısı, ADU-nun rektoru Kamal Abdulla “Qafqazinfo”da yayımlanan “Qadını evdə saxlayıb uşaqlarına baxmağa yönəltsək, daha çox xeyir gətirər” adlı müsahibəsində səsləndirdiyi və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan fikirləri haqda danışarkən deyib.
“Kontekst isə ondan ibarətdir ki, elə qadınlarımız var, öz potensialından istifadə edərək cəmiyyətimizin müxtəlif istiqamətlərində öz işlərini və bacarıqlarını göstərirlər. Bu, bizim müasir həyatımızda öz əksini normal şəkildə tapıb. Mən müsahibədə heç bir qəribə fikir səsləndirməmişəm. Ona görə də, müsahibəni oxumayanlar, ancaq manşetdəki fikirdən çıxış etdikləri üçün, özlərinin anladıqları şəkildə qoyduqları fikrə tam layiqdirlər. Mənim Azərbaycan qadınına, Azərbaycan qadınının cəmiyyətdə tutduğu yerə münasibətim bütün yaradıcılığım üzrə özünü göstərib. Mən həmişə belə məsələlərə son dərəcə tolerant, son dərəcə normal münasibət bəsləmişəm. Azərbaycan qadınına olan humanist, mənəvi və yüksək münasibətimi həmişə göstərmişəm. Ana, qadın sevilməyə və hər cür itaətə layiq olan simvoldur”, - o qeyd edib.
Bir daha Kamal Abdullaya ünvanladığımız sualı və Xalq yazıçısının ona cavabını olduğu kimi təqdim edirik:
- Bir az insan münasibətlərindən də danışaq. Bəzi kişilər deyir ki, savadsız qadınla evlənmək, onunla yola getmək daha rahatdır, nəinki savadlı qadınla. Amma digərləri bunun əksini düşünür. Bəs siz nə düşünürsünüz? Ümumiyyətlə, Azərbaycan qadınının cəmiyyətdəki rolu nədir?
- Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır. Mən bu cür fikirləşirəm. Aralarından xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlar olarsa, o bir başqa məsələdir. Amma biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər.
16:01 / 11 Noyabr 2026
1
16:00 / 11 Noyabr 2026
11
15:50 / 11 Noyabr 2026
40
15:50 / 11 Noyabr 2026
35
15:40 / 11 Noyabr 2026
42
15:31 / 11 Noyabr 2026
158
15:27 / 11 Noyabr 2026
325
15:13 / 11 Noyabr 2026
93
15:07 / 11 Noyabr 2026
107
14:51 / 11 Noyabr 2026
103
14:43 / 11 Noyabr 2026
157
14:39 / 11 Noyabr 2026
159
14:36 / 11 Noyabr 2026
96
14:26 / 11 Noyabr 2026
231
14:13 / 11 Noyabr 2026
726
13:58 / 11 Noyabr 2026
278
13:54 / 11 Noyabr 2026
543
13:48 / 11 Noyabr 2026
154
13:44 / 11 Noyabr 2026
219
13:41 / 11 Noyabr 2026
114
13:33 / 11 Noyabr 2026
276
13:27 / 11 Noyabr 2026
182
13:19 / 11 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.