Məktəblər üçün yeni xidmət fəaliyyətə BAŞLADI
11 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
602
19.05.2026, 16:57
Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları iş yerlərində təhlükəsiz və sağlam mühitin gücləndirilməsinə, bu sahədə işəgötürənlərin məsuliyyət çərçivəsinin daha aydın müəyyən edilməsinə xidmət edir.
Oxu24.com xəbər verir ki, bu, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin yaydığı məlumatda əksini tapıb.
Qeyd edilib ki, qanunvericilik aktları dövlət başçısının 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq yarımbəndinə əsasən hazırlanaraq qəbul edilib.
Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş yeni dəyişikliklərə əsasən:
- işçilərin sağlamlıq haqqında tibbi arayış olmadan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri və qida sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerləri üzrə, narkoloji tibb müəssisəsinin tibbi müayinə (tibbi yoxlama) barədə rəyi olmadan isə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə və vəzifələr üzrə işə qəbul edilməsi qadağan edilir;
- narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibb yoxlama) haqqında rəy təqdim etməlidirlər;
- narkoloji xəstələrin işləməsinə məhdudiyyət qoyulmuş iş yerləri üzrə narkoloji xəstə ilə əmək müqaviləsi bağlandığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə icbari tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə tərəflərin iradə və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam veriləcək;
- qeyd olunan peşə növləri və vəzifələrdə çalışan işçilər işəgötürənin hesabına Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”na uyğun olaraq vaxtaşırı, habelə işçinin fəaliyyəti zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olması müşahidə edildikdə və ya buna əsaslı şübhələr yarandıqda o, əsaslandırılmaqla dərhal müvafiq icbari tibbi müayinədən (tibbi yoxlamadan) keçiriləcək.
17:13 / 11 Noyabr 2026
1
17:12 / 11 Noyabr 2026
10
16:35 / 11 Noyabr 2026
80
16:07 / 11 Noyabr 2026
94
16:04 / 11 Noyabr 2026
196
16:01 / 11 Noyabr 2026
105
16:00 / 11 Noyabr 2026
83
15:50 / 11 Noyabr 2026
94
15:50 / 11 Noyabr 2026
95
15:40 / 11 Noyabr 2026
92
15:31 / 11 Noyabr 2026
443
15:27 / 11 Noyabr 2026
666
15:13 / 11 Noyabr 2026
114
15:07 / 11 Noyabr 2026
172
14:51 / 11 Noyabr 2026
124
14:43 / 11 Noyabr 2026
193
14:39 / 11 Noyabr 2026
286
14:36 / 11 Noyabr 2026
124
14:26 / 11 Noyabr 2026
3044
14:13 / 11 Noyabr 2026
909
13:58 / 11 Noyabr 2026
344
13:54 / 11 Noyabr 2026
640
13:48 / 11 Noyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.