Məktəblər üçün yeni xidmət fəaliyyətə BAŞLADI
11 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2090
19.05.2026, 16:21
Narkoloji xəstələrin fəaliyyətinə məhdudiyyət qoyulan işlərə qəbul qaydaları sərtləşdirilir.
Oxu24.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə tapıb.
Qanuna əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilərkən işçilər dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə (tibbi yoxlama) haqqında rəy təqdim etməlidirlər.
Bu rəy, o cümlədən sağlamlığı haqqında tibbi arayış rəy olmadan işçinin müvafiq peşə və vəzifəyə işə qəbul edilməsi qadağan edilir.
Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları sırasına isə tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığının aşkarlanması və ya belə peşə növləri və vəzifələr üzrə əmək münasibətləri dövründə tibbi müayinə (tibbi yoxlama) zamanı şəxsin narkoloji xəstə olmasının müəyyən edilməsi daxil edilir.
Qanuna görə, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin hesabına təmin edilməlidir. Həmin şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) “Narkoloji xidmət və nəzarət haqqında” qanuna uyğun olaraq keçəcəklər.
“Narkoloji xidmət və nəzarət haqqında” qanuna da dəyişiklik edilib. İndiyə qədər qüvvədə olan qanuna əsasən, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər.
Yeni qanuna görə, həmin şəxslər habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər.
Qeyd edək ki, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər.
17:16 / 11 Noyabr 2026
28
17:13 / 11 Noyabr 2026
47
17:12 / 11 Noyabr 2026
31
16:35 / 11 Noyabr 2026
84
16:07 / 11 Noyabr 2026
98
16:04 / 11 Noyabr 2026
204
16:01 / 11 Noyabr 2026
108
16:00 / 11 Noyabr 2026
86
15:50 / 11 Noyabr 2026
95
15:50 / 11 Noyabr 2026
100
15:40 / 11 Noyabr 2026
94
15:31 / 11 Noyabr 2026
482
15:27 / 11 Noyabr 2026
696
15:13 / 11 Noyabr 2026
115
15:07 / 11 Noyabr 2026
177
14:51 / 11 Noyabr 2026
125
14:43 / 11 Noyabr 2026
197
14:39 / 11 Noyabr 2026
303
14:36 / 11 Noyabr 2026
124
14:26 / 11 Noyabr 2026
4035
14:13 / 11 Noyabr 2026
928
13:58 / 11 Noyabr 2026
355
13:54 / 11 Noyabr 2026
653
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.