Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
11 Noyabr 2026, 17:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1865
18.05.2026, 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Sosial Tərəfdaş” layihəsi çərçivəsində həssas əhali qruplarına, xüsusilə də yaşa, əlilliyə, ailə başçısını itirdiyinə görə pensiya alan şəxslərə, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, kompensasiya və ünvanlı dövlət sosial yardım alan şəxslərə ölkə üzrə seçilmiş marketlər, apteklər və klinikalarda (seçilmiş müəssisələrin siyahısı sosialterefdash.az saytında qeyd edilmişdir) xüsusi endirim imkanları təqdim olunur.
Oxu24.com xəbər verir ki, layihənin əsas məqsədi bu əhali qruplarının gündəlik xərclərinin azalmasına dəstək olmaqla yanaşı, onların sosial rifahının yüksəldilməsinə xidmət etməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərinin “mygov” platformasına inteqrasiyası çərçivəsində sözügedən xüsusi endirim barkodu da tətbiqə əlavə edilib.Artıq vətəndaşlar “e-Sosial” xidmətlərindən, o cümlədən “Sosial Tərəfdaş” pensiyaçı endirim barkodundan – “mygov” mobil tətbiqi vasitəsi ilə yararlana bilərlər.
Endirimlərdən yararlanmaq üçün vətəndaşların “mygov” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməyi və tətbiqdə görünən “Sosial Tərəfdaş” pensiyaçı barkodunu ödənişdən əvvəl kassada təqdim etməyi kifayətdir. “mygov” platforması artıq bütün dövlət xidmətlərini bir mərkəzdə birləşdirən vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.
“mygov” mobil tətbiqini keçid vasitəsilə yükləyə bilərsiniz.
Layihənin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
– İnstaqram
– Sayt
18:06 / 11 Noyabr 2026
75
18:01 / 11 Noyabr 2026
35
17:42 / 11 Noyabr 2026
139
17:40 / 11 Noyabr 2026
87
17:35 / 11 Noyabr 2026
158
17:16 / 11 Noyabr 2026
85
17:13 / 11 Noyabr 2026
147
17:12 / 11 Noyabr 2026
89
16:35 / 11 Noyabr 2026
105
16:07 / 11 Noyabr 2026
134
16:04 / 11 Noyabr 2026
289
16:01 / 11 Noyabr 2026
120
16:00 / 11 Noyabr 2026
99
15:50 / 11 Noyabr 2026
116
15:50 / 11 Noyabr 2026
123
15:40 / 11 Noyabr 2026
104
15:31 / 11 Noyabr 2026
949
15:27 / 11 Noyabr 2026
872
15:13 / 11 Noyabr 2026
123
15:07 / 11 Noyabr 2026
209
14:51 / 11 Noyabr 2026
142
14:43 / 11 Noyabr 2026
294
14:39 / 11 Noyabr 2026
474
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.