İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026, 23:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
689
18.05.2026, 16:55
Birinci Qarabağ müharibəsi (1991–1994) nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının itkin düşməsi məsələsi bu gün də ölkəmiz üçün ən ağrılı humanitar problemlərdən biri olaraq qalmaqdadır. Rəsmi məlumatlara əsasən, ümumilikdə 4005 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb ki, onlardan 3999 nəfəri məhz Birinci Qarabağ müharibəsi dövründə itkin düşüb. İtkin düşənlərin 3218 nəfəri hərbi qulluqçu, 781 nəfəri isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 287 qadın və 334 ahıl şəxsin olduğu bildirilir.
Son illərdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı axtarış, qazıntı və ekshumasiya işləri nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Müxtəlif ərazilərdə aparılan araşdırmalar zamanı təxminən 586 nəfərə aid insan qalıqları aşkar edilmişdir. Müasir DNT analizləri vasitəsilə həmin qalıqlardan 187 nəfərin şəxsiyyəti müəyyən olunmuş, onların ailələrinə təhvil verilərək layiqincə dəfn edilməsi təmin edilmişdir. Digər qalıqların identifikasiya prosesi isə hazırda davam etdirilir.
Araşdırmalar nəticəsində keçmiş döyüş bölgələrində və uzun illər işğal altında olmuş digər ərazilərdə ümumilikdə 32 kütləvi məzarlıq aşkar edilmişdir. Həmin məzarlıqlardan yüzlərlə insan qalıqlarının çıxarıldığı bildirilir. Bu faktlar müharibənin ağır humanitar nəticələrini və itkin düşmüş şəxslər probleminin miqyasını bir daha ortaya qoyur.
Hazırda aidiyyəti dövlət qurumları tərəfindən axtarış, ekshumasiya və identifikasiya işləri davam etdirilir. Aşkar olunan insan qalıqlarının şəxsiyyətinin müəyyənləşdirilməsi, onların ailələrinə qaytarılması və bütün araşdırmaların beynəlxalq humanitar hüquq normalarına uyğun aparılması istiqamətində müvafiq tədbirlər görülür. Azərbaycan tərəfi itkin düşmüş şəxslərin taleyinin tam şəkildə aydınlaşdırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsinin vacibliyini daim vurğulayır.
Hələ 2023-cü iil sentyabrın 18-də "İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində Prezident İlham Əliyev bildirmişdir ki, "30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir. Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.
İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər".
Bu günlərdə, 32 ildən sonra nəşinin qalıqları ailəsinə təhvil verilən şəhidlərimizdən biri də 1 oktyabr 1973-cü ildə Bərdə rayon Yeni Daşkənd kəndindən anadan olan Rəşadət Piriyevdir. Kəlbəcər, Laçın, Ağdam, Ağdərə uğrunda gedən ağır döyüşlərdə həm rabitəçi operator, həm də hərbi texnikanın zərərsizləşdirilməsi üzrə əməliyyatçı kimi iştirak edib. 11 fevral 1994-cü ildə Kəlbəcərin Yanşaq kəndi uğurunda gedən döyüşlərdə şəhid olub.
Onun taleyinin uzun illərdən sonra müəyyənləşdirilməsi həm ailəsi, həm də bütövlükdə cəmiyyətimiz üçün böyük mənəvi əhəmiyyət daşıyır. Rəşadət Piriyev kimi Vətən uğrunda canından keçmiş igidlərin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaqdır.
Xalqımızın qəhrəman oğullarının — Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin tökülən qanı yerdə qalmamışdır. Məhz onların misilsiz qəhrəmanlığı, fədakarlığı və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilmiş, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, xalqımızın milli ləyaqəti bərpa edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Müəllif:Rizvan Nəbiyev, Milli Məclisin deputatı, siyasi elmlər doktoru
Həmçinin oxuyun
00:06 / 29 Sentyabr 2026
161
23:52 / 28 Sentyabr 2026
71
23:19 / 28 Sentyabr 2026
82
23:06 / 28 Sentyabr 2026
178
23:02 / 28 Sentyabr 2026
1429
22:58 / 28 Sentyabr 2026
79
22:51 / 28 Sentyabr 2026
64
22:40 / 28 Sentyabr 2026
965
22:35 / 28 Sentyabr 2026
244
22:34 / 28 Sentyabr 2026
200
22:28 / 28 Sentyabr 2026
180
22:24 / 28 Sentyabr 2026
83
22:15 / 28 Sentyabr 2026
66
21:56 / 28 Sentyabr 2026
83
21:55 / 28 Sentyabr 2026
106
21:51 / 28 Sentyabr 2026
73
21:48 / 28 Sentyabr 2026
83
21:40 / 28 Sentyabr 2026
2364
21:36 / 28 Sentyabr 2026
72
21:33 / 28 Sentyabr 2026
71
21:31 / 28 Sentyabr 2026
77
21:13 / 28 Sentyabr 2026
147
21:06 / 28 Sentyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.