Fermerlər üçün tam vergi güzəşti ləğv edilir: 2027-ci ildən yeni mexanizm tətbiq olunacaq – Aqrar sektoru nə gözləyir?
11 Noyabr 2026, 20:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
619
14.05.2026, 16:06
“Yarımfabrikat məhsullar alarkən diqqətli olmaq lazımdır”.
Bu sözləri qida eksperti İlkin Şirinov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, istər ətli, istərsə də tərəvəzlərdən hazırlanmış yarımfabrikatları alarkən birinci növbədə məhsulun yararlılıq müddətinə diqqət yetirməliyik:
“Əgər yararlılıq müddəti az qalmış məhsuldur və yaxud yararlılıq müddətinə bir neçə gün qalıbsa, satışdan çıxmalıdır. Lakin əfsuslar olsun ki, bəzən yararlılıq müddətinin bitmə tarixinə az qalmış məhsulların xüsusi bir endirim guşəsi yaradaraq ora qoyub satışını təşkil edirlər. Üstəlik, həmin müddətin göstərildiyi etiketi də çıxarırlar. Təbii ki, bu da insanların sağlamlığını təhlükə altına ata bilər. Bundan başqa, əgər hansısa soyuq temperaturda saxlanılması planlaşdırılıbsa ona əməl olunmalıdır.
Lakin məhsulun yenidən boşalması, buzunun əriməsi və yenidən soyuducuya qoyulub sonra bir daha çıxarılması ilə buzunun əridilməsi artıq bəlli bir təhlükənin olmasından xəbər verir. Bu da məhsulu açıb istifadə edəndə həm xarici görünüşündə, həm də dadının dəyişməsi ilə özünü göstərmiş olur. Ona görə qətiyyən belə məhsullardan istifadə etməyin”.
Ekspert qeyd edib ki, markalanması olmayan məhsulların alınması və istifadə olunması yolverilməzdir:
“Belə məhsulları alan insanlar bilə-bilə öz sağlamlıqlarını təhlükə altına qoymuş olurlar. Üstəlik, müxtəlif konservalar, yarımfabrikat hazırlanmış məhsullar, kolbasa-sosiska kimi qidalar açıq hava şəraitində, maşınların yük yerində, hər hansısa dayanacağın yanında satılır. Hətta bunun üçün hər dəfə fərqli yerdə insanların sıx olduğu günlər və saatlar seçilir.
Əfsuslar olsun ki, vətəndaşlar ucuz olduğu üçün belə məhsulları alırlar, lakin zəhərləndikdən sonra şikayət edəcəkləri bir yer də olmur. Ən azından marketlərdən, iri ticarət mərkəzlərindən alınan məhsulla bağlı hər hansısa bir problem olarsa, AQTA-nın qaynar xəttinə yığıb iradlarını bildirə bilirlər”.
Mütəxəssis onu da əlavə edib ki, aldığınız yarımfabrikatların tərkibindəki “E” kateqoriyalı dadlandırıcıların, rəngləndiricilərin, digər duzların olduğunu görsəniz almayın:
“Həmin məhsulu istifadə etməmək sağlamlığınız üçün daha faydalıdır. Ümumiyyətlə, yarımfabrikatların insan sağlamlığı üçün heç bir xeyri yoxdur. Yarımfabrikat məhsullar birbaşa şəkər və insulin dirəncini qaldıra bilir. Onlar ürək-damar xəstəliklərinə belə yol aça bilirlər”.
20:28 / 11 Noyabr 2026
38
20:22 / 11 Noyabr 2026
62
20:19 / 11 Noyabr 2026
48
20:08 / 11 Noyabr 2026
55
19:57 / 11 Noyabr 2026
268
19:49 / 11 Noyabr 2026
83
19:43 / 11 Noyabr 2026
73
19:33 / 11 Noyabr 2026
92
19:19 / 11 Noyabr 2026
148
19:07 / 11 Noyabr 2026
101
18:42 / 11 Noyabr 2026
429
18:39 / 11 Noyabr 2026
210
18:35 / 11 Noyabr 2026
170
18:30 / 11 Noyabr 2026
200
18:29 / 11 Noyabr 2026
223
18:23 / 11 Noyabr 2026
140
18:17 / 11 Noyabr 2026
218
18:13 / 11 Noyabr 2026
173
18:06 / 11 Noyabr 2026
773
18:01 / 11 Noyabr 2026
118
17:42 / 11 Noyabr 2026
354
17:40 / 11 Noyabr 2026
212
17:35 / 11 Noyabr 2026
532
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.