İtirilmiş əşyanı tapan şəxs nə vaxt onun qanuni sahibi ola bilər? – Vəkildən AÇIQLAMA
11 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
572
14.05.2026, 13:32
Jurnalistika fakültəsinin tələbəsinin "Qalibiyyət dastanı" kitabının təqdimat mərasimi keçirilib
Bakı Dövlət Universitetində (BDU) Crossmedia.az analitik- informasiya portalının müxbiri Jurnalistika fakültəsinin I kurs tələbəsi, gənc müəllif Turqut Ansarinin "Qalibiyyət dastanı" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri fakültənin dekan müavini Samir Xalidoğlu açaraq kitabın ideya yükü və gənc müəllifin yaradıcılıq təşəbbüsü barədə məlumat verib. O, bildirib ki, Qarabağ mövzusu Azərbaycan cəmiyyətinin yaddaşında xüsusi yer tutur və belə əsərlərin gənclər tərəfindən yazılması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Mərasimdə çıxış edənlər- kafedra müdirləri professor Cahangir Məmmədli, dosent Xatirə Hüseynova, Crossmedia.az saytının baş redaktoru, jurnalistika fakültəsinin müəllimi Mübariz Göyüşlü və digər müəllimlər kitabın məzmunundan danışıblar. Onlar qeyd ediblər ki, gənc yaşda belə bir mövzuya müraciət etmək böyük məsuliyyət və vətən sevgisinin göstəricisidir.
Müəllif Turqut Ansari də çıxış edərək kitabın yazılma prosesi barədə məlumat verib.
O bildirib ki, əsəri ərsəyə gətirməkdə əsas məqsədi Qarabağın tarixini və Azərbaycanın qazandığı böyük zəfəri gənc nəslə çatdırmaq olub. Həmçinin kitab üzərində işləyərkən müxtəlif tarixi mənbələrdən, araşdırmalardan və müharibə iştirakçılarının xatirələrindən istifadə edib.
Tədbirin sonunda qonaqlar müəllifə uğurlar arzulayıb, kitabın gələcəkdə daha geniş auditoriyaya çatacağına ümid etdiklərini bildiriblər.
Sonda müəllif imzalı kitablarını tədbir iştirakçılarına təqdim edib.
Qeyd edək ki, kitabı ön sözünün müəllifi Jurnalistika fakültəsinin dekanı, professor, əməkdar jurnalist, filologiya elmləri doktoru Vüqar Zifəroğludur.
20:58 / 11 Noyabr 2026
11
20:49 / 11 Noyabr 2026
188
20:47 / 11 Noyabr 2026
31
20:28 / 11 Noyabr 2026
53
20:22 / 11 Noyabr 2026
76
20:19 / 11 Noyabr 2026
55
20:08 / 11 Noyabr 2026
62
19:57 / 11 Noyabr 2026
331
19:49 / 11 Noyabr 2026
89
19:43 / 11 Noyabr 2026
80
19:33 / 11 Noyabr 2026
99
19:19 / 11 Noyabr 2026
153
19:07 / 11 Noyabr 2026
102
18:42 / 11 Noyabr 2026
447
18:39 / 11 Noyabr 2026
215
18:35 / 11 Noyabr 2026
174
18:30 / 11 Noyabr 2026
204
18:29 / 11 Noyabr 2026
231
18:23 / 11 Noyabr 2026
141
18:17 / 11 Noyabr 2026
228
18:13 / 11 Noyabr 2026
178
18:06 / 11 Noyabr 2026
803
18:01 / 11 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.