İtirilmiş əşyanı tapan şəxs nə vaxt onun qanuni sahibi ola bilər? – Vəkildən AÇIQLAMA
11 Noyabr 2026, 20:58
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
530
14.05.2026, 11:59
Azərbaycanda qadınlar tərəfindən kişilərə qarşı zorakılıq hallarında ciddi artım müşahidə olunur.
2024-cü ildə məişət zorakılığı ilə bağlı 62 qadın məsuliyyətə cəlb olunub. 2025-ci ildə isə qadınlar tərəfindən ümumilikdə 1943 cinayət törədildiyi göstərilir. Hətta bu ilin ilk 3 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 23 kişidən şikayət daxil olub.
Kişilərin müraciətlərinin əsasən psixoloji zorakılıq, iqtisadi zorakılıq və daha çox övladları ilə ünsiyyətin məhdudlaşdırılması ilə bağlı olduğu açıqlanıb. Qeyd edək ki, Azərbaycanda mövcud mental düşüncə səbəbindən kişilər qadınlar tərəfindən döyülmə və işgəncə faktlarını gizlədblər.
Oxu24.com xəbər verir ki,sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, kişilərdə qadınlar kimi hər zaman məişət zoralığının qurbanı olub:
“Kişilər əsasən ailə keçimini tamamlaya bilmədiyi üçün evdə söz-söhbət yaranıb. Kişilərin məruz qaldığı psixoloji təzyiq əksər hallarda aşağılayıcı ifadələr, davamlı ittihamlar və emosional manipulyasiya formasında özünü göstərir. İstər ailə münasibətlərində, istər ikitərəfli münasibətlərdə, istərsə də iş mühitində bəzi kişilər sözlü təhqirlərə və mənəvi basqılara məruz qalırlar. Belə hallar zamanla onların özünəinamını sarsıdır, daxili gərginlik yaradır və psixoloji durumuna ciddi təsir edir”.
Ekspert qeyd edib ki, cəmiyyətdə formalaşdırılmış “kişi həmişə güclü olmalıdır” düşüncəsi kişilər üzərində əlavə mənəvi yük yaradır:
“Bu stereotiplər səbəbindən bir çox kişi yaşadığı problemləri dilə gətirməkdən çəkinir, emosiyalarını gizlətməyə çalışır. Nəticədə isə həm ətrafdakılar, həm də cəmiyyət bu mövzuya kifayət qədər həssas yanaşmır və problem çox vaxt görünməz qalır. Hesab edirəm ki, qadın tərəfindən fiziki zorakılığa məruz qalan kişi azdır. Həmin kişilər el qınağını nəzərə alıb, hansısa quruma - “yetişin, arvad məni döyür”, - deyə şikayət etməzlər. Dediyim kimi, kişilər əsasən psixoloji zorakılığa məruz qalırlar”.
20:58 / 11 Noyabr 2026
11
20:49 / 11 Noyabr 2026
188
20:47 / 11 Noyabr 2026
31
20:28 / 11 Noyabr 2026
53
20:22 / 11 Noyabr 2026
76
20:19 / 11 Noyabr 2026
55
20:08 / 11 Noyabr 2026
62
19:57 / 11 Noyabr 2026
331
19:49 / 11 Noyabr 2026
89
19:43 / 11 Noyabr 2026
80
19:33 / 11 Noyabr 2026
99
19:19 / 11 Noyabr 2026
153
19:07 / 11 Noyabr 2026
102
18:42 / 11 Noyabr 2026
447
18:39 / 11 Noyabr 2026
215
18:35 / 11 Noyabr 2026
174
18:30 / 11 Noyabr 2026
204
18:29 / 11 Noyabr 2026
231
18:23 / 11 Noyabr 2026
141
18:17 / 11 Noyabr 2026
228
18:13 / 11 Noyabr 2026
178
18:06 / 11 Noyabr 2026
803
18:01 / 11 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.