Cəlilabadda 10 yaşlı uşaq yüksək qızdırmadan ölüb.
11 Noyabr 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2378
12.05.2026, 11:02
Azərbaycanda qadınların pensiya yaşının artırılması illərdir müzakirə mövzusu olsa da, xüsusilə ağır və məsuliyyətsiz sahələrdə çalışan xanımlarla bağlı fərqli yanaşmaların tətbiqi məsələsi yenidən gündəmə gəlir. Orduda və hüquq-mühafizə orqanlarında xidmət edən qadınların fiziki və psixoloji baxımdan daha çətin şəraitdə çalışdığı nəzərə alınarsa, onlar üçün pensiya yaşının azaldılması mümkün ola bilərmi?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda Azərbaycanda qadınların pensiya yaşı mərhələli şəkildə artırılaraq 65 yaşa çatdırılıb:
“Əvvəllər kişilərin pensiya yaşı 65, qadınların isə 63 idi. Sonradan qadınların pensiya yaşı hər il 6 ay artırılmaqla 65 yaşa çatdırıldı. Orduda və hüquq-mühafizə orqanlarında isə həm kişilər, həm də qadınlar üçün xidmət müddəti ayrıca qanunlarla tənzimlənir.
Silahlı qüvvələrdə və hüquq-mühafizə orqanlarında çalışan şəxslər müqavilə əsasında xidmət edirlər. Bu sahədə xidmət ağır fiziki hazırlıq, xüsusi intizam və ciddi məhrumiyyətlərlə bağlıdır. Ona görə də burada tətbiq olunan qaydalar mülki sahədən fərqlənir”.
Üzeyir Cəfərovun sözlərinə görə, əgər Azərbaycanda qadınlarını pensiya yaşının azaldılması ilə bağlı qərar qəbul olunarsa, bu məsələ orduda və hüquq-mühafizə orqanlarında çalışan qadınlara da şamil edilə bilər:
“Əlbəttə, mən ümumilikdə Azərbaycanda qadınlar üçün pensiya yaşının azaldılmasının tərəfdarıyam. Bu məsələ həllini taparsa, düşünürəm ki, orduda və hüquq-mühafizə orqanlarında xidmət edən qadınlara da tətbiq olunmalıdır”.
Ekspert hesab edir ki, xidmətin xarakteri nəzərə alınmaqla hərbiçi qadınlarla bağlı daha çevik sosial yanaşmanın tətbiqi gələcəkdə müzakirə mövzularından birinə çevrilə bilər.
22:20 / 11 Noyabr 2026
1
22:15 / 11 Noyabr 2026
144
22:11 / 11 Noyabr 2026
51
22:07 / 11 Noyabr 2026
56
22:06 / 11 Noyabr 2026
65
21:59 / 11 Noyabr 2026
88
21:45 / 11 Noyabr 2026
73
21:14 / 11 Noyabr 2026
458
21:08 / 11 Noyabr 2026
322
21:05 / 11 Noyabr 2026
106
20:58 / 11 Noyabr 2026
109
20:49 / 11 Noyabr 2026
553
20:47 / 11 Noyabr 2026
100
20:28 / 11 Noyabr 2026
102
20:22 / 11 Noyabr 2026
122
20:19 / 11 Noyabr 2026
103
20:08 / 11 Noyabr 2026
104
19:57 / 11 Noyabr 2026
555
19:49 / 11 Noyabr 2026
135
19:43 / 11 Noyabr 2026
120
19:33 / 11 Noyabr 2026
146
19:19 / 11 Noyabr 2026
192
19:07 / 11 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.