Kəlbəcərdə ayılar kəndə hücum etdilər: Təsərrüfata ciddi ziyan dəydi - Video
11 Noyabr 2026, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
799
09.05.2026, 18:01
Qubada 16 yaşlı gənc uşaq dünyaya gətirib.
Oxu24.com Oxu.az-a istinadla xəbər verir ki, rayonun Aşağı Xuc kənd sakini olan 2010-cu il təvəllüdlü N.B. 35 həftəlik doğuş sancıları ilə xəstəxanaya çatdırılıb.
Onun 9-cu sinif şagirdi olduğu və oxuduğu məktəbin digər şagirdindən hamilə qaldığı bildirilir.
Məlumata görə, hazırda ananın və körpənin vəziyyəti qənaətbəxşdir.
Hazırda polis tərəfindən istintaq araşdırmaları aparılır.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu hadisə bir daha göstərir ki, azyaşlılarla bağlı məsuliyyət məsələsinə birtərəfli yanaşmaq doğru deyil:
"Burada həm qız, həm də oğlan tərəfinin ailə mühiti, valideyn nəzarəti, məktəblə münasibəti və uşaqlar üzərində qurulan tərbiyə modeli mühüm rol oynayır. Xüsusilə də zorakılıq və hüquq pozuntusuna səbəb olan davranışların qarşısının alınmasında oğlan uşaqlarının düzgün tərbiyəsi, məsuliyyət hissinin formalaşdırılması və qadına, uşağa münasibətdə sağlam düşüncənin aşılanması vacibdir.
Uşaqların yalnız qız olduqları üçün "qorunmalı", oğlan olduqları üçün isə "sərbəst" böyüdülməsi gələcəkdə bu cür ağır nəticələrə gətirib çıxara bilir. Ailə daxilində nəzarət, məktəblə davamlı əlaqə, yeniyetmələrin davranış və münasibətlərinin vaxtında izlənməsi hər iki tərəf üçün eyni dərəcədə vacibdir.
Məsələnin hüquqi tərəfi aidiyyəti qurumlar tərəfindən araşdırılır. Amma cəmiyyət olaraq qəbul etməliyik ki, azyaşlıların həyatına təsir edən belə hadisələrin qarşısını yalnız bir tərəfi günahlandırmaqla deyil, ailə, məktəb və ümumi sosial məsuliyyəti birlikdə gücləndirməklə almaq mümkündür".
23:28 / 11 Noyabr 2026
29
23:24 / 11 Noyabr 2026
28
23:18 / 11 Noyabr 2026
44
23:09 / 11 Noyabr 2026
60
23:03 / 11 Noyabr 2026
49
23:01 / 11 Noyabr 2026
87
22:55 / 11 Noyabr 2026
71
22:38 / 11 Noyabr 2026
124
22:31 / 11 Noyabr 2026
87
22:26 / 11 Noyabr 2026
6023
22:22 / 11 Noyabr 2026
97
22:20 / 11 Noyabr 2026
90
22:15 / 11 Noyabr 2026
1009
22:11 / 11 Noyabr 2026
87
22:07 / 11 Noyabr 2026
98
22:06 / 11 Noyabr 2026
93
21:59 / 11 Noyabr 2026
139
21:45 / 11 Noyabr 2026
96
21:14 / 11 Noyabr 2026
892
21:08 / 11 Noyabr 2026
485
21:05 / 11 Noyabr 2026
125
20:58 / 11 Noyabr 2026
136
20:49 / 11 Noyabr 2026
630
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.